![İranda prezidentliyə namizədlər dəqiqləşdi - ADLAR](https://olke.az/photo/770x415/2024/06/11/1718087313_whatsapp-image-2024-06-11-at-10.24.37.jpeg)
İranın seçki qərargahının sözçüsü 14-cü prezident seçkiləri üçün uyğun namizədlərin yekun adlarını açıqlayıb.
Seçki qərargahının sözçüsü Möhsün Eslami bildirib ki, prezident seçkilərində prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparmaq hüququ qazanıb.
Bunlar aşağıdakılardır:
1. Mustafa Purməhəmmədi
2. Məsud Pezeşkian
3. Səid Cəlili
4. Əlirza Zəkani
5. Məhəmməd Bağır Qalibaf
6. Seyid Əmirhüseyn Qazizadə Haşimisi.
Qeyd edək ki, irandakı 14-cü prezident seçkilərində iştirak etmək üçün 80 nəfər rəsmi qeydiyyatdan keçsə də, onlardan yalnız 6 prezidentliyə namizəd kimi mübarizəsini davam etdirmək hüququ qazanıb.