TÜRKPA-nın plenar iclasları türk dünyasının birliyinin təzahürüdür

TÜRKPA-nın   plenar  iclasları  türk  dünyasının   birliyinin  təzahürüdür
Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Bu il Azərbaycanda TÜRKPA-nın növbəti plenar iclası keçirildi. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) 2008-ci il 21 noyabrda İstanbul şəhərində Azərbaycan,Qazaxıstan,Qırğızıstan və Türkiyə Respublikaları parlament rəhbərlərinin imzaladığı saziş əsasında yaradılmışdır.
TÜRKPA-nın ilk plenar iclası 2009-cu il 29 sentyabrda Azərbaycanda keçirilmişdir.Bakıda baş tutan 1-ci plenar iclasda TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi ,Katibliyin daimi əsasla Bakıda yerləşməsi haqqında qərar qəbul edilmişdir.Türk dövlətləri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək,o cümlədən mədəni irsin və tarix,incəsənət ,ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərin yaxınlaşdırılması üzrə tövsiyələr vermək TÜRKPA-nın məqsədlərindəndir.
İyunun 6-da TÜRKPA-nın 13-cü plenar iclası Bakıda, Milli Məclisdə keçirildi. Bu iclasda TBMM sədri Numan Kurtulmuş TÜRKPA –ya sədrliyi Milli Məclisin sədri Sahibə Qafarovaya təhvil verib.Bakı Bəyannaməsi qəbul edilib,TÜRKPA-nın 14-cü plenar iclası Qazaxıstanda keçiriləcək.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edib: Qeyd edib ki, belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur,Bakı toplantısı da istisna olmayacaq.Azərbaycanın xarici syasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi,Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Prezident İlham Əliyev həmçinin qeyd etmişdir ki,mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.Görüşün əsas məqsədi nəqliyyat və iqlimlə bağlı olacaq.Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması diqqətdə olan məsələlərdəndir.Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Bu gün Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biri də iqlim məsələləridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək.Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.
Zirvə görüşünün Şuşada keçirilməsi rəmzi məna daşıyır. 4 ilə yaxındır işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib.Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edir. Geniş quruculuq işləri aparılır və Qarabağ ,Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Azad edilmiş torpaqlarda həyat bərpa olunur.Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır .İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq.
Türk dünyası böyük bir ailədir,böyük potensiala malikdir,böyük coğrafiyanı əhatə edir.Nəqliyyat yolları,enerji resursları, insan kapitalı, artan əhali , demoqrafik vəziyyətin müsbət olması bunlar, böyük bir bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addımdır.
75 nömrəli tam orta məktəbin
tarix müəllimi Eldanə Abdullayeva



Oxşar xəbərlər