Rusiyadan təəccübləndirən açıqlama: Hava məkanımızda ABŞ raketləri...

Rusiyadan təəccübləndirən açıqlama: Hava məkanımızda ABŞ raketləri... Rusiya lideri Vladimir Putinin 3 ildən sonra Belarusa səfəri zamanı rəsmi Moskvanın açıqlaması təəccüb doğurub.

Xarici KİV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya hava məkanında Amerika istehsalı olan 4 raketin vurulduğunu açıqlayıb.

Mətbuat katibinin sözlərinə görə, Ukrayna ilə sərhəddə yerləşən Belqorod səmasında antiradar HARM raketləri vurulub.

“CNN İnternational” Rusiyanın sabah 300-cü günü tamam olacaq müharibə zamanı ilk dəfə belə bir bəyanatla çıxış etdiyini yazıb.

Oxşar xəbərlər