58 Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər

58 Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır.2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. 18-19 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Belarusa rəsmi səfər etmişdir. 28-29 noyabr 2016 - cı il tarixində Belarus Respublikasının Prezidenti A. Lukaşenkonun Azərbaycana rəsmi səfəri baş tutmuşdur.13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti A. Lukaşenkonun Azərbaycana işgüzar səfəri baş tutmuşdur.
Hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. 58 Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən 5 (4 Bakıda və 1 Naxçıvanda) xüsusi təyinatlı mağaza fəaliyyət göstərir.Azərbaycandan Belarusa ixrac olunan mallarrr içərisində neft məhsulları,tütün, alüminium materialları, polietilen və digər kimya məhsulları, şokolad və şokolad məmulatları, meyvə şirələri, bentonit gili, pambıq iplik vardır.Belarusdan Azərbaycana idxal olunan mallar işərisində traktorlar, taxta və ağac materialları, qazma maşınlarının ehtiyat hissələri, dərman vasitələri, tibb avadanlığı, plastik məmulatlar, soyuducular, elektrik naqillər, qida və kənd təsərrüfatı məhsullarının adını çəkmək olar.
Qalib ölkənin qalib lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüşü ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcəkdir.Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.. Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Azərbaycan və Belarus arasındakı əlaqələr isə təkcə dövlət rəhbərlərinin anlaşması, dostluq münasibətləri ilə yekunlaşmır. Hər iki dövlətin qarşılıqlı iqtisadi-ticari əməkdaşlığı müsbət plandadır və bu potensialı daha da artırmaq üçün lazımi tədbirlər görülməsi planlaşdırılır. Bu məsələ ilə məşğul olmaq üçün yaradılmış hökumətlərarası komissiyanın gündəliyində kifayət qədər konkret layihələr var. Belarusda və Azərbaycanda birgə istehsalın təşkili, illər öncə yaradılmış birgə istehsal potensialının artırılması nəzərdə tutulur. Bu, ilk növbədə, maşınqayırma sənayesini əhatə edəcək. Bundan başqa, Belarusla Azərbaycanın hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda səmərəli əməkdaşlıq etməsi üçün münbit şərait və təşəbbüslər var.
Bir çox başqa ölkələr kimi, Belarus şirkətləri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Bu, olduqca böyük layihədir. Söhbət Avropadakı bir neçə cırtdan dövlətin ərazisindən böyük əraziyə malik mahalların yenidən qurulmasından, tikilməsindən, müasir standartlara cavab verən, hər cür infrastruktura malik yaşayış məskənlərinə çevrilməsindən gedir. Azərbaycan bütün bu işləri təkbaşına etsə, bu, uzun vaxt aparar, ona görə də başda Türkiyə olmaqla, digər dost ölkələr bu işə cəlb edilməkdədir. Belarus da o sıradadır.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərindəki çıxışında qeyd edib: “Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir”.
Azərbaycan Prezidenti İlham Əliyevilə Belarus lideri Aleksandr Lukaşenkonun görüşündə qeyd olunub ki, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Azərbaycan rəhbəri deyib ki, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. “Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, - Prezident deyib.
16 may 2024-cü il tarixində olan görüşdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb. Onların arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq barədə, baytarlıq sahəsində əməkdaşlığa dair, turizm sahəsində əməkdaşlığın inkişafı xüsusunda protokollar var. Bundan başqa, bu iki dövlət arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında 5 memorandum da imzalanıb.Ayrıca imzalanan anlaşma memorandumuna görə, Azərbaycanın Gəncə və Belarusun Qomel, eləcə də bizim Qəbələ şəhəri ilə onların Qrodno şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulacaq.
Azərbaycan Prezidenti İlham Əliyevilə Belarus lideri Aleksandr Lukaşenkonun görüşündə qeyd olunub ki, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Azərbaycan rəhbəri deyib ki, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. “Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, - Prezident deyib.
Dünənki görüşlərdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb. Onların arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq barədə, baytarlıq sahəsində əməkdaşlığa dair, turizm sahəsində əməkdaşlığın inkişafı xüsusunda protokollar var. Bundan başqa, bu iki dövlət arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum da imzalanıb.Ayrıca imzalanan anlaşma memorandumuna görə, Azərbaycanın Gəncə və Belarusun Qomel, eləcə də bizim Qəbələ şəhəri ilə onların Qrodno şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulacaq.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri təkcə ölkəmizdə yox, Qriqoryeviçin vətənində də, Rusiyada da, bəzi Avropa ölkələrində də diqqət mərkəzinə düşüb. Rusiyada bəzi media orqanlarında “Lukaşenko Əliyevi “Qafqazın lideri” təyin etdi” kimi başlıqlar verilib, Azərbaycanla Belarus arasında aparılan danışıqlardan bəhs olunub.

Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Rüstəmova



Oxşar xəbərlər