Amerikalı alimlər koronavirusa qarşı dərman TAPDI

Amerikalı alimlər koronavirusa qarşı dərman TAPDI Cənubi Florida Universitetinin alimləri Arizona Universitetindəki həmkarları ilə SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıb. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun çoxalmasını dayandıra bilir.

Bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənmiş hepatit C boceprevir və GC-376 antiviral dərmanları virusun çoxalmasında, yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazını hədəf aldıqlarını müəyyən edib. Mütəxəssislər uzun müddətdir Mpro-nu SARS və MERS-ə səbəb olan SARS-CoV-2 viruslarına bənzər genlərə qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edib. GC-376 yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklər üçün potensial müalicədir.

Neyrodegenerativ xəstəliklərə qarşı kömək edən və antiviral təsir göstərən Calpain II və XII inhibitorları koronavirusun müalicəsində istifadə olunan digər dərmanlardır. (publika.az)

Oxşar xəbərlər