aia.az xəbər verir ki, 7 Aprel 2024-cü il tarixində Bakıda “Eagle Fight Series” Beynəlxalq Peşəkar Döyüş təşkilatının tərkibində, Peşəkar Kunq-Fu Liqası ve Azerbaycan WK-1 nümayəndəliyinin birgə layihəsi olan Reytinq yarışları keçirilib. Yarışda həm WK-1, həm də Peşəkar Kunq-Fu üzrə döyüşlər təşkil olunub. Yarışın qalibləri EFS Reytinq sıralaıinda yer alaraq, növbəti yarışlara vəsiqə əldə etdilər. Yarışların nəticələrini təqdim edirik.
Peşəkar Sanda idman növü üzrə:
56 kq-da Hüseyn Bayramlı – “ŞəhidMusa” İK;
60 kq-da Sahil Əsgərov – “CFC” İK;
70 kq-da Sənan Rəcəbov – “Shabanov” Fight Klub;
75 kq-da Sərxan Ramazanov – “Shabanov” Fight Klub.
Seçmə döyüşlərdə:
52 kq-da Ayxan Məmmədov – “Qaraçöp” İK;
60 kq-da Toğrul Mikayılov – “ŞəhidMusa” İK;
85 kq-da Tural Hüseynov – “CFC” İK.
WK-1 idman növü üzrə seçmə döyüşlərdə:
54 kq-da Nihad Yusifli.
Reytinq döyüşlərində “Golden Eagle” PİK-nun təmsilçisi Mədət İbrahimov Türkiyə idmançısı üzərində vaxtından əvvəl, elə ilk raundda nokautla qələbə qazanaraq EFS Reytinqində ən yüksək pilləyə qalxdı. İdmançılarımızı qarşıda daha ciddi sınaq gözləyir. May ayının sonlarında Azərbaycan və Qazaxıstan idmançıları arasında Peşəkar Reytinq Döyüşləri keçiriləcək. “Eagle Fight Series” Beynəlxalq Peşəkar Döyüş təşkilatının rəhbəri, ölkəmizdə və xaricdə dəfələrlə peşəkar yarışlar təşkil etmiş Yaqub İbrahimov bildirib ki, may ayının 5-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycan idmançıları dünya idmançılarına qarşı” layihəsinin həyata keçirilməsi planlaşdırılıb. Yarışda 7 azərbaycanlı idmançının müxtəlif ölkələrdən olan digər 7 idmançı ilə qarşılaşacaqları nəzərdə tutulub. Təşkilatçılar idmançılarla yanaşı özlərinin də bu layihəyə ciddi şəkildə hazırlaşdıqlarını qeyd etdilər.
Yarışın təşkilinə verdikləri dəstəyə görə “Nice Group” şirkətinin, “AnArt” Reklam ve poliqrafiya şirkətinin, “AquaVita” şirkətinin, “STI-Travel” şirkətinin, “Metropark” Ticarət ve əyləncə mərkəzinin, “Grand Neon” restoranının rəhbərliklərinə, həmçinin informasiya dəstəyinə göə “İdman Azərbaycan” TV kanalının, CBC Sport TV kanalının, “Azərbaycan İnformasiya Agentliyi” saytının və “Olimpiya Dünyası” qəzetinin rəhbərliyinə təşkilatçılar, idmançılar və bütün idmansevərlər adından dərin minnətdarlığımızı bildiririk.