Brüsseldə Ermənistanı Qərbin regional "proxy alət"inə çevirən konfransın nəticələri erməni siyasi elitasını qorxuya salıb, hakim komanda xof içindədir... Rəsmi İrəvan "odla su arasında qalıb", Qərb Ermənistandan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edir, Rusiya isə hərəkətə keçmək üçün məhz bu qərarı gözləyir...
Cənubi Qafqaz uğrunda mübarizə artıq açıq müstəviyə keçirilib. Dünya nəhəngləri "geopolitik səngərlər"in trayektoriyasını dəqiqləşdirməyə başlayıblar. Bu region uğrunda amansız mübarizədə məhz ABŞ və Qərb Rusiya ilə savaşır. Və bu savaşın əsas istifadə aləti isə hələlik ortaqdır.
Məsələ ondadır ki, dünya nəhəngləri "geopolitik səngər"də yalnız Ermənistanı yerləşdiriblər. Ermənistana yeni sahibkar axtaran rəsmi İrəvan çox ucuz qiymətə həmin "səngər"də olmağa razılaşıb. Yəni, hazırda Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin Rusiyaya qarşı regional "proxy alət"idir. Və bundan sonra rəsmi İrəvan istəsə də, istəməsə də, Qərbdən gələn bütün təlimatları yerinə yetirilməli olacaq.
Əslində, bu, ABŞ və Qərbin yeni taktikası deyil. Hər halda, Qərb bu taktikanı Ukrayna üzərindən uğurla reallaşdırmaqda davam edir. Belə ki, ABŞ və Qərb Ukraynada Rusiya ilə müharibə aparır. Ancaq ABŞ və Qərbi bu savaşda məhz Ukrayna təmsil edir. ABŞ və Qərb isə sadəcə, kənardan müşahidə aparır, növbəti addımlarını müəyyən edir, rəsmi Kiyevə silah-sursat və maliyyə ilə yanaşı, təlimatlar verir.
İndi təxminən oxşar ssenari Cənubi Qafqaz üçün də yazılıb. Bu regionda da ABŞ və Qərb Rusiya ilə savaşır. Ancaq bu dəfə "proxy alət" olaraq, Ukraynanın funksiyaları Ermənistana həvalə edilib. Yəni, Ermənistan da eynilə Ukrayna ssenarisi üzrə "geriyə dönüşü olmayan bir səfərə" göndərilib. Üstəlik, ABŞ və Qərbin bu dəfəki "proxy aləti" çox da böyük xərc yaratmayacaq. Və Ermənistan "könüllü intihara" razılaşacaq qədər bəsit düşüncə daşıyıcısıdır.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın hakim siyasi dairələri nə qədər təhlükəli bir geopolitik oyunun alətinə çevrildiklərini də anlamamış deyillər. Hətta ABŞ və Qərb tərəfindən aldadılmış ola biləcəklərini də təxmin edirlər. Əks halda, Ermənistana dörd il ərzində verilməsi vəd edilən cəmisi 350 milyon dollar əvəzində Rusiya ilə sərt qarşıdurmaya razılaşmalarına haqq qazandırmaq üçün absurd arqumentlər axtarmazdılar. Və Ermənistan cəmiyyətinə "böyük uğur" kimi sırınmaqda olan Brüssel ortaq konfransının əslində, "rus ruleti" oynamaqdan başqa bir şey olmadığını anlayanların mövcudluğundan da ciddi narahatdırlar.
Bu səbəbdən də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüssel konfransı barədə Ermənistan cəmiyyətində yanlış təsəvvürlər olduğunu sübut etməyə çalışır. Erməni nazir iddia edir ki, Brüsseldə Ermənistana vəd olunan 350 milyon daha böyük məbləğlərə "qapı açan" önəmli bir prosesin tərkib hissəsidir. Ararat Mirzoyan hətta Ermənistanın bu proses sayəsində yaxın bir neçə ildə ümumi həcmi 2,9 milyard dollara qədər qrantlar ayrılacağını iddia edir. Halbuki, erməni nazir Brüsseldə vəd olunan 350 milyon dolların, eləcə də, onun özünün uydurduğu 2,9 milyard dolların alınmasına qədər Ermənistan adlı dövlətin yoxa çıxma ehtimalını da qeyd etməyi unudur.
Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi rəsmi İrəvana dörd il ərzində 350 milyon dolları məhz Ermənistanın Rusiyanın patronajlığı altında olan qurumlardan, xüsusilə də, KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxmasının əvəzi olaraq, vəd edib. İndi Qərb Paşinyan hakimiyyətindən bu istiqamətdə ən qısa zamanda prinsipial addımların atılmasını istəyir. Əks halda, Ermənistan həmin məbləği dörd il deyil, 40 il də gözləsə, alması asan olmayacaq. Rusiya da öz növbəsində rəsmi İrəvandan konkret addımlar gözləyir. Paşinyan hakimiyyəti Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxdığını rəsmən bəyan etdiyi andan etibarən Kreml dərhal hərəkətə keçəcək. Və Ermənistanın əsas "qara günləri" də məhz ondan sonra başlayacaq.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin daxilində artıq müəyyən mənada, qorxu və xof hökm sürməyə başlayıb. "Hraparak" nəşrinin iddiasına görə, baş nazir Nikol Paşinyanın yaxın ətrafında Brüssel konfransının nəticələri şok effekti yaradıb. Ermənistanın hakim dairələrində ümid bəslədikləri milyardların əvəzinə dörd il üçün 350 milyonun vəd olunmasını fiasko hesab edirlər. Və Qərbdə onların Rusiya əleyhinə intensiv demarşlarına heç bir dəyər verilməməsindən panik duruma düşdüyü bildirilir.
Erməni hakim dairələrində hesab olunur ki, rəsmi İrəvanın böyük təhlükəyə baxmayaraq, Kremli hər imkanda ittiham etməsinə, Rusiya ilə qarşıdurma mühiti yaratmasına Qərbdə elə bir ciddi önəm verilməyib. Ona görə də, indi Ermənistan müqavimət göstərə bilməyəcəyi real təhlükə ilə təkbaşına buraxılmış vəziyyətə düşüb. Hazırda Ermənistan hökumətinin üzvləri baş nazir Nikol Paşinyanın hələlik bəyan edilməsi yolverilməz olan gizli anlaşmalara nail olmuş ola biləcəyi barədə ehtimallarla bir-birinə təskinlik verməyə çalışırlar. Və indi hər kəs böyük səbirsizliklə baş nazir Nikol Paşinyanın onları toplayıb, məyusluğu aradan qaldıracaq məlumatlar verəcəyinə ümid bəsləyir.
Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyini böyük risk altında buraxıb. Paşinyan hakimiyyəti daxilində bunu anlayanlar hər halda, mövcuddur. Üstəlik, bunu anlayanlar Brüssel konfransının nəticələrindən qorxuya düşüblər, xof içindədirlər. Çünki onlar Rusiyanın patronajlığı altında olan qurumların tərk edilməsinin Ermənistana hansı fəlakətləri vəd etdiyini də təxmin edirlər. Çünki hətta Kreml Ermənistanı birbaşa özü cəzalandırmaq niyyətinə düşməsə belə, real fəlakətdən yayınmaq mümkün olmayacaq.
Çünki KTMT-dan çıxarsa, Ermənistanın hərbi təhlükəsizlik sistemindən kənarda qalması qaçılmaz olacaq. Hər halda, ABŞ və Qərbin indiki situasiyada Ermənistanı öz "təhlükəsizlik çətiri" altına almaq kimi bir niyyəti müşahidə edilmir. Yəni, Ermənistan təklənmiş anklava çevriləcək, yeni savaş başlayarsa, Rusiya qarışmayacaq, Qərbin isə köməyə yetişmək üçün regional hərbi-siyasi təsir mexanizmləri yoxdur.
Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqının tərk olunması Ermənistana dərin sosial-iqtisadi böhran vəd edir. Belə ki, Rusiya ilə güzəştli ticarət dövriyyəsinin, maliyyə transferlərinin qapanması çökmüş Ermənistan iqtisadiyyatını ümumiyyətlə, dəfn edə bilər. Avrasiya İqtisadi İttifaqına aid qarşılıqlı iqtisadi-ticari güzəştlər hazırda Ermənistan üçün yeganə nəfərlikdir. Bütün bunlardan imtina Ermənistanın "könüllü intihar" qərarından başqa bir şey deyil. Və bu baxımdan, rəsmi İrəvan "odla su arasında qalmış" kimi görünür.(Yeni Müsavat)