“Mən onun atası haqqında yazmışam” - VİDEO

“Mən onun atası haqqında yazmışam” - VİDEO Xəbər verdiyimiz kimi, martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Açılış mərasimində Prezident İlham Əliyev Qazaxıstan liderinə Azərbaycan nümayəndələri təqdim edib:

Prezident İlham Əliyev: Mən bizim nümayəndələri təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.

Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.

Prezident İlham Əliyev: Konservatoriyanın rektoru. Xalq yazıçısı, yəqin ki, Siz onun da kitablarını bilirsiniz.

Xalq yazıçısı Çingiz Abdullayev: Mən onun atası haqqında yazmışam.

Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Milli Konservatoriyanın rəhbəri. Memarlar İttifaqının sədri.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.

Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc füzulililərimiz, istedadlarımız buradadırlar.

Daha ətraflı videoda:


Oxşar xəbərlər