Azərbaycan artıq etibarlı tərəfdaş kimi də böyük nüfuz və etibar qazanıb

Azərbaycan  artıq etibarlı tərəfdaş kimi  də böyük nüfuz və etibar qazanıb Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib
Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb.
Azərbaycanın enerji ehtiyatlarının nəqli sahəsindəki aktivliyi hər zaman bədxahların qısqanclığı ilə müşayiət olunub. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısından sonra “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi şayiələr daha da artmışdı və bu şayiələrin əsas məqsədi Avropa ölkələrini və investorlarını Azərbaycanla əməkdaşlıqdan çəkindirməyə xidmət edirdi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin Azərbaycan elə o zaman da bildirirdi ki, ölkənin nəhəng qaz yataqları var və bu həcm Avropanın qaza olan ehtiyaclarını ödəyə bilər. Belə də oldu. Üstündən cəmi 10 il keçməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi artıq beynəlxalq əməkdaşlığın unikal formatını əks etdirən bir platformaya çevrilib. Bu platformada təmsil olunan dövlətlər, şirkətlər və maliyyə institutları arasında əməkdaşlıq illər ərzində bir çox digər sahələri də əhatə edə bilib. Hazırda Azərbaycan qazı "Cənub qaz dəhlizi" ilə 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya nəql edilir.
Azərbaycandan qaz ixrac etmək istəyən ölkələrin sayı getdikcə artır. Bir sözlə, Azərbaycan artıq etibarlı tərəfdaş kimi də böyük nüfuz və etibar qazanıb.
Dünyadakı hazırkı geosiyasi vəziyyət də Azərbaycanın haqlı olduğunu göstərir. Bu gün Cənub Qaz Dəhlizinə bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı da yeni mənbədir. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
“Azərbaycan nəhəng qaz ehtiyatlarına malik ölkə olduğunu hər zaman bəyan edib. 2023-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı baş verdi. “Abşeron” qaz-kondensat yatağı “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarına malik yataqdır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı Prezident İlham Əliyev “Abşeron” qaz-kondensat yatağının gələcək ş Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. axələndirmə layihələrin resurs bazasını təşkil edəcəyini qeyd etdi.
Dövlətimizin başçısı çıxışında, həmçinin qeyd etdi ki, Cənub Qaz Dəhlizinə qoşulmaq üçün bir neçə ölkə və maliyyə institutlarından müraciətlərə baxılır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Çünki bu vaxta qədər hələ elə bir hal olmayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsin. Yəni, Azərbaycan hər zaman, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, sözünün imza qədər dəyərli olduğunu sübut edib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu iclasda çıxış edən başqa yüksək xarici qonaqlar da qeyd ediblər.
Azərbaycanın enerji siyasətinin növbəti reallığı "yaşıl enerji"nin inkişafı ilə bağlıdır. Ölkəmiz bu sahədə də ön sıralardadır. Artıq bir neçə layihəyə uğurlu start verilib.
Prezident İlham Əliyev martın 1-də "Gülüstan" sarayında keçirilən iclasda çıxış edərkən bu məsələyə də toxunaraq deyib: "Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq". Azərbaycanın evsahibliyi edəcəyi COP29 ərəfəsində bu məsələlərin bir daha nəzərdən keçirilməsi xüsusi önəm daşıyır. Beləliklə, "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" məşvərət şuralarının builki toplantısı məhz qarşıya qoyulan məqsədlərə çatmaq üçün yolları bir daha dəqiq müəyyənləşdirəcək.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəb
Müəllim Yeganə Əhmədova


Oxşar xəbərlər