Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Dövlətimizin başçısı prezident İlham Əliyev tədbirdə çıxış edib.
Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Nəzərinizə çatdırmaq istərdim ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci il fevralın 4-də, doqquzuncu toplantı isə 2023-cü il fevralın 3-də keçirilib.
Ölkə rəhbəri qeyd edib ki, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Dövlətimizin başçısı şaxələndirmənin yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməli olduğunu bildirdi.
Dövlətimizin başçısı CQD Məşvərət Şurası çərçivəsində keçirilən iclasda¬kı nitqində ötən il baş verən önəmli ha¬disələri də diqqətə çatdırıb:
Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir.
Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu.
Ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir.
Bildiyimiz kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir. Dövlətimizin başçısı nitqində Azər¬baycanın “yaşıl enerji”yə keçid prosesin¬də fəal iştirak etdiyini, 2023-cü ilin oktyabr ayında isə ölkəmizdə ilk böyük Günəş Elektrik Stansiyasının açılışının reallaşdığını da diqqətə çatdırıb. Ölkə rəhbəri imzalan¬mış müqavilələrə və anlaşma memoran¬dumlarına əsasən, 2030-cu ilədək Azər¬baycanın 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırdığını da fikrinə əlavə edib.

Pirşağı qəsəbəsi, 112 №-li tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva


Oxşar xəbərlər