Armen Qriqoryanın Qərblə müstəqil oyunu Paşinyanı narahat etməyə başladı... - “Hraparak”

Armen Qriqoryanın Qərblə müstəqil oyunu Paşinyanı narahat etməyə başladı... - “Hraparak” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Vətəndaş sazişi”(“VS”) partiyasının üzvləri arasında münasibətlər gərgin inamsızlıq sferasına daxil olub.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” yazıb.

“ “VS”-də artıq qərbyönlü komanda yoldaşlarına isti münasibət yoxdur, çünki Qriqoryan nə vaxtsa komandadan ayrılıb və ön plana keçib. Hər kəs Qarabağ mənşəli olduğunu inkar edən Armen Qriqoryanın partiya üzvləri arasından Qərb tərəfindən seçildiyini və hətta Nikol Paşinyanın varisi hesab edildiyini anlayıb”, - deyə davamında erməni nəşri yazır.

Nəşr iddia edir ki, Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, saziş imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın əvəzləməsi istisna edilmir.

“ “VS”-in komandadaxili müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, artıq indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb”,- deyə Ermənistan qəzeti vurğulayır.

Oxşar xəbərlər