Rusiyanın “Rosatom” dövlət şirkəti və Ermənistan hökuməti arasında Metsamor AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş imzalanıb.
“Rosatom”un məlumatına görə, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bu barədə razılıq əldə olunub.
Sənədi Metsamor AES-in baş direktoru Eduard Martirosyan və “Rosatom”un layihələr üzrə direktoru Yuri Sviridenko imzalayıblar.
“Rosatom” Ermənistan AES-in modernləşdirilməsinin birinci mərhələsinin müsbət nəticələrini nəzərə alaraq, stansiyanın 2036-cı ilə qədər səmərəli və təhlükəsiz işləməsinə təminat verib.
Ermənistanın ümumi elektrik enerjisi istehsalında Metsamor AES-in payı təxminən 30%-dir. Nüvə enerjisi ekoloji cəhətdən təmiz istehsal mənbəyidir, ona görə də AES elektrik enerjisi istehsalı atmosferə əhəmiyyətli miqdarda karbon qazı atmamağa imkan verir.
2014-cü ildə Ermənistan hökuməti AES-in modernləşdirilməsi və istismar müddətinin uzadılması xahişi ilə “Rosatom”a müraciət edib. Modernləşdirməyə 2015-ci ildə başlanılıb, işlər 2021-ci ildə başa çatıb. İşin böyük hissəsi stansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilib. Rusiyanın ixtisaslaşmış təşkilat və institutlarının cəlb edilməsi ilə ətraflı hesablamalar aparılıb, stansiyada çoxlu sayda avadanlıq dəyişdirilib. Enerji blokunun qəzalı soyutma sistemi, maşın otağı, turbinlər, avtomatlaşdırılmış idarəetmə sistemləri müasirləşdirilib. Enerji blokunun gücü 380-390 MVt-dan 440 MVt-a qədər artırılıb.
Ermənistan AES-in istismar müddəti 2026-cı ildə başa çatır, müvafiq lisenziya 2021-ci ildə hökumət yanında Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinə verilib.
Görünən odur ki, Ermənistan Rusiyanın buxovundan xilas olmaq istərkən, getdikcə daha çox asılılığına düşür. Rusiyaya qarşı addımları davam edərsə, Ermənistanın üstündə oturduğu AES “bombası” göyə də uça bilər...
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov dedi ki, Qərbin bütün təzyiqlərinə baxmayaraq Ermənistanın tezliklə Rusiya boyunduruğundan xilas olması mümkünsüzdür: “Bunun da çox sadə səbəbi var. Bu da Ermənistanın iqtisadi baxımdan Rusiyadan kritik asılılığı ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, Ermənistan Rusiyaya qarşı bütün demarşlarına baxmayaraq, hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin üzvü olmaqda davam edir.
Rusiyanın “Rosatom” dövlət şirkəti və Ermənistan hökuməti arasında Metsamor AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş də bunun bariz göstəricisidir. Baxmayaraq ki, 2022-ci ildə ABŞ və Ermənistan arasında Mülki Nüvə Əməkdaşlığı üzrə memorandum imzalanıb və bu memaranduma görə ABŞ Metsamorun fəaliyyəti ilə bağlı Ermənistana bütün lazımi texniki dəstəyi göstərə biləcəyini vəd edib. Amma real olaraq bunu etmək çox çətindir, ona görə ki, stansiyanın idarəetməsi ruslara məxsusdur və stansiyanı beynəlxalq standartlara uyğun şəkildə yeniləmək mümkün deyil. Avropa İttifaqı isə ümumiyyətlə bu stansiyanın təhlükəsizlik səbəbilə bağlanması təklifi ilə çıxış edir.
Ermənistanın ümumi elektrik enerjisi istehsalında Metsamor AES-in payının 30%-dan artıq olduğunu nəzərə alsaq, stansiyanın bağlanması Ermənistan üçün olduqca böyük problemlərə yol aça və ölkədə enerji böhranına səbəb ola bilər. Odur ki, Ermənistan istəmədən də olsa Rusiya ilə müvafiq sazişi imzalamağa məcbur idi.
Ümumiyyətlə isə Ermənistanın Rusiyadan ən çox asılı olduğu sahə enerji sektorudur. Belə ki, Ermənistanda elektrik enerjisi istehsalının 70%-i Rusiyanın təmin etdiyi enerji məhsulları ilə həyata keçirilir. İdxal edilən təbii qazın təqribən 88%-i maye qaz idxalının isə 90%-dən artığı Rusiyanın payına düşür. Qazla yanaşı Rusiya Ermənistanda həm də benzin və dizelin əsas təminatçısıdır. Neft məhsullarının idxalının təqribən 75 %-i Rusiyanın payına düşür. Ermənistanda qaz təminatı və satışı ilə Rusiyanın “Qazprom” şirkəti məşğul olur. Ermənistanda elektrik enerjisinin paylanmasını həyata keçirən Ermənistan Elektrik Şəbəkələri də Rusiyanın “Taşhir Qrup”a məxsusdur. Bundan başqa, Ermənistanın dəmir yolları şirkəti olan Cənubi Qafqaz Dəmiryolu da tam olaraq Rusiya Dəmir Yolları dövlət şirkətinə məxsusdur. Bunlar onu deməyə əsas verir ki, Rusiya Ermənistanın strateji əhəmiyyətli şirkətlərinə də tam olaraq nəzarət edir və bu şirkətlər vasitəsilə Rusiya Ermənistana təsir etmək imkanlarını hər zaman öz əlində saxlayır.
Paşinyanın dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməyə razılıq verməsi də Gümrüdə Parlament fəalları ilə keçirilən iclasda “Qərb İrəvanın addımlarını düzgün qiymətləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb” kimi bəyanatla çıxış etməsi də bunun bariz sübutudur".
Hərbi ekspert Səxavət Məmməd Ermənistanın mövcudluğunun getdikcə sual altına düşdüyünü qeyd etdi: “Ermənistan hər nə qədər Rusiyadan qopmaq istədiyini göstərməyə çalışsa da, əslində bunun o qədər asan olmayacağı bəlli idi. Ermənistan ərazisində Rusiya hərbi bazası var. Bundan əlavə, Ermənistan iqtisadiyyatının 60-70 faizi Rusiyanın nəzarətindədir. Ermənistanın dəmir yolları tamamilə Rusiyanındır. Belə olan halda Ermənistanın Rusiyadan asanlıqla qopacağı gözlənilmirdi. Əksinə, iki ölkənin yaxınlaşacağını müşahidə edə bilərik. Son günlər diqqət edirik ki, Fransanın aktivliyi sıfıra düşüb. Əvvəl Rusiyanın çağırdığı toplantılara qatılmayan Paşinyan hakimiyyəti indi nəinki rəsmi, qeyri-rəsmi toplantılara da qatılır. Dolayısı ilə Ermənistan anlayır ki, hələ də regionda Rusiyanın gücü qalmaqdadır. ABŞ-ın əsas diqqətini İsrail və bundan sonra Sakit okean hövzəsinə ayıracağını nəzərə alsaq, region uğrunda mübarizə Rusiya, İran və Türkiyə arasında gedəcək. Ermənistanın qaçacağı yer yoxdur. Burada diqqət çəkilməli bir məsələ də var. Rusiya prezidenti Vladimir Putin belə bir bəyanat verdi ki, müstəqil siyasət yürüdə bilməyən ölkələr xəritədən silinəcək. Düzdür, bu, birbaşa Ermənistana ünvanlanmayıb, ancaq Ermənistan kimi ölkələrə deyildiyi açıqdır. Ona görə də Ermənistanın 2030-cu ildən sonra mövcudluğu sual altındadır”.
Siyasi analitik Asif Nərimanlı isə qeyd etdi ki, Metsamor AES-in istifadə müddəti başa çatıb: “Xüsusilə 1976-cı ildə tikilmiş nüvə reaktorlarının yenilənməməsi bölgə üçün yeni Çernobıl təhlükəsi yaradır. Lakin Ermənistan AES-dən imtina etmək niyyətində deyil. "Rosatom"la bağlanan müqavilə də bunu təsdiq edir. Fikrimcə, Metsamor AES-in yenilənməsinin Rusiyaya verilməsinin iki mümkün səbəbi var. Birincisi, Avropa ölkələri, yaxud nüvə enerjisi üzrə ixtisaslaşmış şirkətlər Metsamoru yeniləmək istəmirlər, çünki AES-in istifadə müddəti bitib, Avropa İttifaqı da 2011-ci ilə qədər stansiyanı bağlamağı tövsiyə etmişdi. Bu baxımdan, AES-in yenilənməsini istəyən Ermənistannın, belə demək mümkünsə, “Rostom”a ehtiyacı var. İkincisi, Ermənistan nə qədər anti-Rusiya siyasəti aparsa da, müəyyən qədər balansı da qorumağa çalışır, xüsusilə iqtisadi sahələrdə. Çünki Rusiyadan böyük ölçüdə asılılığı var. Misal üçün, Nikol Paşinyan KTMT-nin və MDB-nin iclaslarında iştirak etmir, amma Avrasiya İqtisadi İttifaqına gedir. Ümumiyyətlə, Ermənistanın Rusiyaya qarşı radikal addımlar atacağı ehtimalı az görünür, fikrimcə, İrəvanda Ukrayna müharibəsinin nəticəsini gözləyirlər, əgər Moskva məğlub olarsa, o zaman anti-Rusiya siyasətini sürətləndirəcək, ona qədər isə daha ehtiyatlı davranmağa çalışacaq".
Mənbə: “Yeni Müsavat”