Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov AZƏRTAC-a eksklüziv müsahibə verib. Şuşa şəhərində verilmiş müsahibəni təqdim edirik:
- Aydın müəllim, Şuşa şəhərində inşa olunan 23 binadan ibarət yaşayış kompleksində tikinti işləri nə zaman bitəcək ?
- 23 binadan ibarət yaşayış kompleksində tikinti işləri gələn ilin birinci rübündə tam başa çatdırılacaq. Yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək.
- Bəs, Şuşaya ilk köçürülmə hansı tarixə planlaşdırılıb?
- Azərbaycan vətəndaşlarının Şuşaya köçürülməsinə 2024-cü ilin fevral-mart aylarında başlanılacaq. Bu proses 300-dən çox ailəni əhatə edəcək.
- Şuşada yol infrastrukturu nə yerdədir? Hansı işlər görülür?
- Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq. Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq.
- Aydın müəllim, Şuşada gələcək ictimai nəqliyyat necə olacaq?
- Daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq. Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçik tutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək.
- Təhsil və səhiyyə sahəsində hansı işlər görülür?
- Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı oldu və istifadəyə tam hazırdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil ocağının açılışında iştirak etdilər. 2024-cü ilin fevral-mart aylarında sakinlərin Şuşaya köçürülməsi ilə bərabər məktəb də ilk şagirdlərini qəbul edəcək. Müasir tələblərə tam cavab verən təhsil ocağı şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək. Səhiyyə sahəsinə gəldikdə isə qeyd edim ki, azad edilən digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir. 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işləri davam edir və 2024-cü ilin ilk yarımilliyində istifadəyə verilməsi planlaşdırılır.
- Şuşanın geniş turizm potensialı var. Şəhərin turizm imkanlarının artırılması istiqamətində hansı işlər görülür?
- Şuşa şəhərində aparılan bərpa-quruculuq işləri çox yüksək templə gedir. Şəhər günbəgün daha da canlanır. Artıq ümumi otaq sayı 260 olan üç otel tam fəaliyyət göstərir. Gələn ildən isə şəhərin mərkəzində daha bir neçə yeni qonaqlama yerləri (apart otellər, butik otel və s.) açılacaq. Bundan başqa, Daşaltı kəndinin böyük turizm potensialı var. Artıq Daşaltı kəndində də özəl investorlar tərəfindən kənd üslubunda otel və kotteclərin inşasına başlanılıb.
- Aydın müəllim, Şuşanın beynəlxalq arenada tanınması istiqamətində daha hansı addımlar atılacaq?
- Şuşa şəhərinin ölkə xaricində tanıdılması istiqamətində bir çox addımlar atılıb. Qeyd edim ki, artıq 8 ölkənin 9 şəhəri ilə qardaşlaşmış şəhərlər və əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən il ərzində “Şuşa günləri” layihəsi reallaşdırılmaqdadır. Belə ki, bu il aprelin 11-12 –də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Özbəkistanın Daşkənd şəhərində, oktyabrın 2-6-da Qazaxıstanın Almatı və Türkistan şəhərlərində, noyabrın 12-15-də isə Türkiyənin Ankara şəhərində “Şuşa günləri” layihəsi həyata keçirilib. Şuşanın ölkə xaricində tanıdılması istiqamətində işlər bundan sonra da davam edəcək.
- Şuşada mina ilə bağlı vəziyyət necədir, hansısa təhlükə varmı?
- Hazırda Şuşada mina təhlükəsi yoxdur, şəhər partlayıcı sursatlar və minalardan təmizlənib.