Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planına uyğun olaraq ilkin mərhələdə ərazidə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb.
AzərTac xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, “Zəfər yolu”nun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür. İşlərin görülməsi üçün maddi vəsait ayrılıb. Tədbirlər Planına daxil olan işlərin bu il icra olunması nəzərdə tutulub.
“Tədbirlər Planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran, işğaldan əvvəl tikilmiş 10 kilometrlik Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 kilometrlik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bunlara şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir. Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarıslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Yeni layihədə isə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr əlaqələndirəcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya qəbul ediləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək”, - deyə A.Cəbrayıllı qeyd edib.