Fransaya boykot çağırışı: hansı təsirləri olacaq?

Fransaya boykot çağırışı: hansı təsirləri olacaq? Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb. Bunun cəmi 222 milyon dollarını Azərbaycan alıb. Bu isə 0,03% deməkdir.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda Fransa məhsullarının boykot edilməsi ilə bağlı çağırışları şərh edərkən deyib. O, boykotun Fransaya təsirlərini belə ifadə edib:

"Fransanın mal satıb qazandığı hər 100 dolların cəmi 3 sentini (100 manatdan 3 qəpiyi) ötən il biz vermişik. Tutaq ki, baykot qərarı verildi. Yenə də biz öz baykotumuzla bu 3 qəpiyin maksimum 1 qəpiyinini azalda biləcəyik. Yəni, maksimum cibinbə 100 manat olan adama 1 qəpik zərər dəyər. Bu da heç zərər deyil, mən almayacam başqasına satacaq".

"Maraqlısı isə odur ki, siyasi anlamda münasibətlər gərgin görünsə də, iqtisadi baxımdan vəziyyət başqa şey deyir. Bu ilin 6 ayı ərzində Fransa ilə ticarət dövriyyəmiz 3,6 dəfə, yəni 260% artıb", - deyə ekspert əlavə edib.

Oxşar xəbərlər