Sumqayıtda evə silahlı basqın edən şəxs saxlanıldı

Sumqayıtda evə silahlı basqın edən şəxs saxlanıldı Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

"Report"un yerli bürosu məlumat verir ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Oxşar xəbərlər