Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var - SİYAHI (YENİLƏNİB)/VİDEO

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var - SİYAHI (YENİLƏNİB)/VİDEO Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib.

Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır.
Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.

***
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

"Report"un məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcov ağır yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər