“Qarabağdan ayaqlarım irəli çıxacam” deyən Kremlin “təxribat emissarı” sözünü tutmadı, qaçmaq istədi, həbs olunaraq, əli-qolu qandallı Bakıya gətirildi... İndi Ruben Vardanyanı separatizm, terrorizm fəaliyyəti, eləcə də Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və s. maddələr ilə mühakimə gözləyir
Azərbaycan dövləti Xankəndi və ətraf bölgə üzərində öz suveren hüquqlarını bərpa etməklə, 30 ildən artıq bir müddətdə mövcud olan ciddi problemi kökündən, həm də birdəfəlik həll etdi. İndi Qarabağ regionundakı erməni azlığının gələcək taleyi yalnız rəsmi Bakının verəcəyi prinsipial qərarlardan birbaşa asılıdır. Başqa variant yoxdur. Heç bir xarici ermənipərəst qüvvə bundan sonra Azərbaycanın daxili işlərinə qarışa bilməz.
Ona görə də, Qarabağın erməni azlığının təmsilçiləri sərbəst şəkildə seçim etməlidirlər. Ya Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun yaşamaq variantı ilə barışmalıdırlar. Azərbaycan Resublikasının vətəndaşlığını qəbul etməlidirlər, ölkəmizin Konstitusiyasının nəzərdə tutduğu hüquqlar və təhlükəsizlik təminatına qane olmalıdırlar. Əks haldasa, Azərbaycan ərazilərini tərk edib, özlərinə başqa yaşayış yeri axtarmalıdırlar. Çünki bundan sonra Azərbaycan ərazisində ermənilərt üçün heç bir “boz zona” olmayacaq. Yəni, ermənilər üçün o dövr artıq bitdi.
Ancaq Xankəndi və ətraf bölgədə olan bütün ermənilərin Azərbaycan vətəndaşlığı almaq şansları barədə danışmaq da tamamilə yersizdir. Belə ki, Azərbaycan vətəndaşlığını almaq o qədər də asan olmayacaq, bunun üçün qanunvericiliyin tələblərinə uyğunluq qaçılmazdır. Hər halda, erməni separatçı-terrorçular belə şansa sahib olmayacaqlar. Onların uzun illər ərzində törətdikləri hərbi cinayətlərə görə həbs olunması və Azərbaycan qanunları qarşısında cavab verməsi lazımdır.
Hələlik erməni separatçı-terrorçuların liderləri sırasından yalnız Ruben Vardanyanın həbs edilməsi barədə məlumatlar var və rəsmən təsdiqlənib. Yəqin ki, Ruben Vardanyan Azərbaycanın Qarabağ regionunda olduğu qısa müddət ərzində törətdiyi çoxsaylı cinayətlərə görə cavab vernəli olacaq. Və onun Rusiya vətəndaşlığından imtina edərək, hansı səbəbdən müəmmalı şəkildə Qarabağda peyda olduğu tezliklə aydınlaşacaq.
Onu da qeyd etmək lazımdır ki, Ruben Vardanyan Qarabağa gəlməkdən öncə Rusiya vətəndaşı olub, bəzi nüfuzlu rus oliqarxların çirkli pullarını yumaqla, milyarderə çevrilib. Bəzi məlumatlara görə, Rusiya vətəndaşlığından imtina hesabına öz sərvətini sanksiyalardan xilas etməyə nail olub. Ancaq Kreml əvəzini almadan heç kimə belə imkanlar tanımaz.
İndiyə qədər mövcud olan əsas iddialar ondan ibraətdir ki, Ruben Vardanyan Qarabağa məhz Kremlin xüsusi tapşırığı ilə göndərilib. Azərbaycan ərazisində olduğu müddət ərzində Kremlin “təxribat emissarı” funksiyasını yerinə yetirən bu kriminal milyarder Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vura biləcək fəaliyyətlə məşğul olub. Eyni zamanda, rəsmi Bakının Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa etməsinə əngəl törətməyə çalışıb. Bunu təsdiqləyən bir çox faktlar mövcuddur.
Xüsusilə də, məhz Ruben Vardanyanın radikal-revanşist davranışları ucbatından Xankəndidəki erməni azlığının təmsilçiləri Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesindən imtina ediblər, rəsmi Bakının görüş çağırışlarına cavab verməyiblər. Nəticədə rəsmi Bakı problemi məhz lokal antiterror tədbirləri vasitəsilə həll etmək məcburiyyətində qalıb. Və indi Ruben Vardanyan bütün bunlara görə mütləq cavab verməyə məhkumdur.
Digər tərəfdən, Ruben Vardanyanın Azərbaycanın Qarabağ regionundankı faydalı qazıntılar yataqlarının talan edilməsində də birbaşa iştirakı inkaredilməz reallıqdır. Hətta rəsmi Bakı Azərbaycanın təbii sərvətlərinin talan edilməsinin qarşısını almaq üçün Ermənistanla sərhəddə Laçın nəzarət-buraxılış məntəqəsini yaratmaq məcburiyyətində də qalmışdı. Və məhz Laçın postunun qurulmasından sonra Ruben Vardanyan, eləcə də digər erməni terrorçular Qarabağ bölgəsindən qaçmaq şanslarını tamamilə itirmiş oldular.
İndisə törədilmiş bütün cinayətlərə görə cəza çəkmək mərhələsi başlayıb. Ruben Vardanyan Laçın postunda qandallanaraq, Azərbaycanın paytaxtı Bakı şəhərinə gətirilib. Bundan sonra o, Azərbaycan prokurorlarının suallarına normal, məntiqli cavablar tapmaq barədə düşünməlidir. Çünki Qarabağla heç bir bağlılığı olmayan, Rusiya vətəndaşlığına sahib R.Vardanyan Azərbaycan ərazisində nə axtarırdı və kimin tapşırığını yerinə yetirirdi?
Təbii ki, bu sualın cavabı heç kimə sirr deyil. Çünki Ruben Vardanyanın Kreml tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə xüsusi tapşırıqla göndərilmiş “təxribat emissarı” olduğu qətiyyən şübhə doğurmur. Ancaq nə qədər qəribə də olsa, indi Rusiya özünün təxribatçı agentinə sahib çıxmaq istəmir. Əksinə, Kreml hətta onun həbsi barədə məlumata belə, malik olmadığını vurğulayıb. Yəni, Rusiya siyasi dairələri Ruben Vardanyan və onun gələcək taleyi ilə maraqlanmadığını biruzə verir.
Belə anlaşılır ki, Kreml bu kriminal milyarderdən bir müddət istifadə etdi və bir kənara atdı. Son günlər R.Vardanyanın Rusiyanı tənqid etməsinin əsas səbəbi də indi aydın olur. Görünür, bu erməni terrorçu onu Qarabağa göndərən Kremldən öz təhlükəsizliyi üçün heç bir təminat ala bilməyib. Ona görə də, Ruben Vardanyan əvvəlcə Qarabağdan yalnız “ayaqları irəli” çıxacağını bəyan etməklə, erməni toplumunda özünün “qəhrəman” imicini yaratmağa cəhd göstərib.
Ancaq Rusiyadan əli üzülən, erməni toplumunun da dəstəyini qazana bilməyən R.Vardanyan çıxış yolunu Qarabağdan qaçmaqda görüb. Laçın postunda isə ələ keçərək, həbs olunub. Nəticədə əli-qolu qandallanaraq, Bakıya gətirib. İndi onu yalnız yəqin ki, artıq əzbərləməyə başladığı Azərbaycan qanunlarının müəyyən edəcəyi cəza gözləyir. Eyni zamanda, növbə Araik Arutyunyan başda olmaqla, digər erməni separatçı-terrorçulara da çatıb.(Yeni Müsavat)