Araikin devrilməsindən sonra İrəvanda Vardanyanın reklamına start verildi... - VİDEO

Araikin devrilməsindən sonra İrəvanda Vardanyanın reklamına start verildi... - VİDEO Xankəndində Araikin devrilməsindən sonra İrəvanda Rusiya diktatoru Putinin Azərbaycan ərazisinə atdığı milyarder “desant”ı Ruben Vardanyanın reklamına start verilib.

Ermənistanın “Aprelu Yerkir” partiyasının sədri, Yerevan merliyinə namizəd Mane Tandilyan Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri”, “iş adamı” və “xeyriyyəçi” kimi tədim etdiyi R. Vardanyan haqqında video-çarx paylaşıb.

Moderator.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.

“Ruben Vardanyan 20 ildən artıqdır ki, Ermənistana və Artsaxa xidmət edir, 700 layihə həyata keçirib, 700 milyon dollardan çox sərmayə qoyub”, – deyə erməni siyasətçi videoya şərhində yazıb.

Qeyd edək ki, R.Vardanyan son vaxtlar İrəvandakı haylara müraciətində məhz Mane Tandilyanı merliyə namizəd kimi dəstəkləməyə çalışıb.

P.S. Rusiya agenturası, “5-ci kalon”u Xankəndində də, İrəvanda da fəal hücuma keçib...


Oxşar xəbərlər