Rusiyaya və Krıma PUA-larla hücum: müdafiə qurğusu partladıldı - VİDEO

Rusiyaya və Krıma PUA-larla hücum: müdafiə qurğusu partladıldı - VİDEO Rusiya Federasiyasının iki sərhəd bölgəsində - Bryansk və Belqorodda gecə saatlarında 9 pilotsuz təyyarə vurulub.

Bu barədə yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi bildirir.

Krımın Evpatoriya şəhərində partlayışlar barədə yerli teleqram kanalları məlumat yayıb.
İlkin məlumatlara görə, söhbət pilotsuz təyyarə hücumundan gedir, nəticədə hava hücumundan müdafiə qurğusunun vurulduğu iddia edilir.

Həmçinin Krımda Krım körpüsündə nəqliyyatın hərəkəti yenidən bağlanıb. Bunun səbəbləri barədə məlumat verilmir.


Oxşar xəbərlər