Krımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEO

Krımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEO Krım körpüsündə fövqəladə vəziyyət yaranıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.

Krımın "rəhbəri" Sergey Aksenov bildirib. O, hadisənin mahiyyətini açıqlamayıb.

“Krasnodar diyarından 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları, bütün məsul xidmətlər işləyir”, - Aksenov deyib.
"Readovka" xəbər verir ki, Krım körpüsünə raket hücumu həyata keçirilib, nəticədə dayaq sıradan çıxıb və iki keçid dağılıb.

Rusiya Nəqliyyat Nazirliyi bildirib ki, Krım körpüsünün dayaqları zədələnməyib, yalnız yol yatağı zədələnib.



Belqorod vilayətinin qubernatoru Qladkov bildirib ki, Krım körpüsündə fövqəladə hadisə zamanı bir qız xəsarət alıb, valideynləri isə dünyasını dəyişib.

Sevastopolun "qubernatoru" Razvozhayev bildirib ki, Krımda kifayət qədər benzin və ərzaq var, qıtlıq olmayacaq və ehtiyat saxlamağa ehtiyac yoxdur.

Krım və Kuban arasında bərə xidmətinin işi dayandırılıb, Temryuk vilayətinin rəhbəri Fedor Babenkov bildirib.

Krımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEO

"Mövcud vəziyyətlə əlaqədar olaraq, Krasnodar diyarının sakinləri və qonaqlarının Krım körpüsündən və bərə keçidindən keçməyi planlaşdırmamağı xahiş edirik", - o deyib.

"Baza" yazır ki, 40 yaşlı Aleksey və onun 36 yaşlı arvadı Natalya Krım körpüsündə ölüblər.

Həmin şəxs yük maşını sürücüsü işləyirmiş.

Rəsmilər sakinlərindən sakit olmağı və yalnız etibarlı məlumat mənbələrinə etibar etməyi xahiş edib.

Krımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEOKrımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEOKrımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEOKrımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEO

Oxşar xəbərlər