RSK-nın müvəqqəti məsuliyyət zonasında təxribat: Naviqasiya sistemlərinə radiomaneələr tətbiq edilib

RSK-nın müvəqqəti məsuliyyət zonasında təxribat: Naviqasiya sistemlərinə radiomaneələr tətbiq edilib Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının “B-77L” tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının “C-650” tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.

Oxşar xəbərlər