Ağdam yolundakı ermənilərin üzləri gizlədilir – VİDEO (ŞOK SƏBƏB)

Ağdam yolundakı ermənilərin üzləri gizlədilir – VİDEO (ŞOK SƏBƏB) Ağdam-Xankəndi yolunu bağlayan erməni silahlıları haqqında məlumatlar yayıldıqdan sonra separatçı media onların üzünü örtməyə başlayıb.

Həmin şəxslərin kimliyi barədə informasiyanı ermənilərin də izlədiyi rusdilli yerli “Bez tormozov” teleqram kanalı sızıdırıb.

“Gec-tez Qarabağdan Laçın SNB vasitəsilə getməli olacaqlar, orada bir-bir tutulacaqlar. Ona görə də teleqram komandası sızdırmasın deyə, üzlərini ört-basdır edirlər. Bütün bunlar qorxurlar!”, - deyə kanal yazıb.
Xatırladaq ki, artıq iki gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.

Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Bir qrup erməni separatçılar, həmçinin Xənkəndidəki təxribatçı Ruben Vardanyanın təşkilatçılığı ilə ayaqlanan quldurlar prosesi əngəlləməyə çalışır. Onlar hətta rus sülhməramlılara hücum ediblər. Həmin şəxsin azərbaycanlı olduğunu düşünüblər.

Bütün bu proseslər quldur rejimin, İrəvanın və havadarlarının “blokada”, “aclıq”, “humanitar böhran” kimi yalanlarını ifşa etmiş olur.


Oxşar xəbərlər