Azərbaycanın beynəlxalq tribunalarda, siyasi təşkilatların iclaslarında öz ədalətli mövqeyini hər zaman ortaya qoyub

Azərbaycanın beynəlxalq tribunalarda, siyasi təşkilatların iclaslarında öz ədalətli mövqeyini hər zaman ortaya qoyub
İkinci Qarabağ müharibəsindən sonra bütün cəbhələrdə - istər siyasi, istər hüquqi, istərsə də hərbi üstünlüyün Azərbaycanın əlində olması Ermənistanı narahat edir. Buna görə də erməni rəhbərliyi absurd bəhanələrlə Azərbaycana qara yaxmaqla məşğuldur.
Ermənistanın növbəti siyasi təşəbbüsü Laçın dəhlizinin Azərbaycanın tam nəzarətində olması ilə bağlıdır. Laçın dəhlizi Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial olmayan, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanata əsasən, vətəndaşların və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Bu Bəyanatın öhdəliklərinə sadiq qalan Azərbaycan bu yolda hərəkətə icazə verib.
Laçın dəhlizinin Azərbaycan tərəfindən guya blokadaya alınması, Dağlıq Qarabağda yaşayan ermənilərin ərzaq, dərman və enerji problemləri ilə üz-üzə qalması Ermənistanın yalan və heç bir sübutu olmayan iddialarıdır. Bu iddialar BMT TŞ-nin 16 avqust 2023-ci il Ermənistanın təşəbbüsü çağrılmış növbədənkənar iclasında gündəmə gətirildi. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi və beynəlxalq gücdən istifadə edərək Laçın dəhlizinin acılması fikirləri iclasda iştirak edən hec bir dövlət tərəfindən dəstəklənmədi və Ermanistanın siyasi şousu alınmadı. Bu birbaşa Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin, qonşu dövlətlərlə qurulmuş uğurlu münasibətlərin nəticəsidir.
Rəsmi Bakı Qarabağın humanitar blokadada olması fikirlərini qətiyyətlə rədd edib.
Laçın sərhəd-burxılış məntəqəsinin olması Azərbaycanın suverenliyini təmin edir, habelə silah,sursat həmçinin təbii sərvətlərimizin qanununsuz daşınmasının qarşısını alır. Azərbaycanın beynəlxalq tribunalarda, siyasi təşkilatların iclaslarında öz ədalətli mövqeyini hər zaman ortaya qoyub və Qarabağda yaşayan əhaliyə zəruri malların çıxışını təmin etmək gücündədir.
Həmçinin Azərbaycan nümayəndəliyi alternativ yol kimi Ağdam-Xankəndi yolundan istifadəyə icazə verilcəyini bildirib. Avropa nümayəndəliyi tərəfindən bu təklif dəstəklənib, lakin Ermənistan tərəfi humanitar yardımın Ağdam yolu ilə gətirilməsi təklifini rədd edib. Bu bir daha sübut edir ki, əslində erməni rəhbərliyi hec də Qarabağda yaşayan sadə əhalini fikirləşmir, onların bu addımları humanitar məsələdən cox siyasi xarakter daşıyır. Daha doğrusunu desək, Ermənistan məğlubiyyəti qəbul etmir və hər nə olursa olsun Azərbaycanın yüksələn siyasi nüfuzunu baltalamaq istəyindən başqa heçnə deyil.
Ermənistan rəhbərliyin atdığı bu son addımın BMT tərəfindən qəbul edilməməsi, siyasi arenada bir daha məğlubiyyətlə nəticələnib. Əslində Qarabağ ermənilərinin verəbiləcəyi tək düzgün qərar Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin formalaşdırcağı təhlükəsiz və sivil birgəyaşayış mühitində yaşamaq olardı.

Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova


Oxşar xəbərlər