Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli

Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli Şər və Böhtan yazanlara Tutarlı cavab

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


Seymur Orucov növbəti səyyar vətəndaş qəbulunu Xılxına kənd yaşayış məntəqəsində keçirib

Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli


Xılxına kənd tam orta məktəbində keçirilən bu, səyyar qəbulda da rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və müvafiq təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq yerlərdə səyyar qəbulların təşkilinin başlıca məqsədi əhalini narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə geniş müzakirələr aparılıb, həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.

Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli
Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli
Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli
Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli
Seymur Orucov: Uğurlu inkişafın Azərbaycan modeli

Oxşar xəbərlər