Azər Maksudov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə inamını artırır!

Azər Maksudov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə inamını artırır! Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maksudov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Azər Maksudovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maksudovdur.

Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maksudov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azər Maksudov bu işin müqəddəsliyini qoruyub saxlayır. Azər Maksudov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qanuninfo.az olaraq sorğu apardıq ağız dolusu Azər Maksudovdan danışdılar yaxşı ki, Azər Maksudov Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri təyin olunub… Azər Maksudov öz isguzarlığı ilə tanınır və seçilir….

Azər Maksudov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Azər Maksudov heç vaxt əqidəsindən döndərə bilməz.

Azər Maksudov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Azər Maksudov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Azər Maksudov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azər Maksudovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Azər Maksudov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azər Maksudov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Azər Maksudov özünü doğruldub. Bizdə hörmətli Azər Maksudovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər