Müasir dövrümüzdə mütaliəyə olan marağın az olması hər birimizə məlumdur. Bu problemin aradan qaldırılması üçün ötən günlərdə #həryerdəkitab etiketi altında tədbir və layihələr planı hazırlanmışdır.
3 iyun 2023 tarixində Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədovun iştirakı ilə Bakı-Pirşağı-Sumqayıt sürət qatarında aksiya baş tutdu.
“Hər yerdə kitab” aksiyası ilə bağlı növbəti tədbir Bakı-Pirşağı-Sumqayıt sürət qatarında keçirilib. Aksiya çərçivəsində iştirakçılar elmi, bədii və publisistik kitabları oxudular. Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin oxumağa və mütaliəyə marağını daha da artırmaqdır. Məkan olaraq sürət qatarının seçilməsi də məhz bununla bağlı idi. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür. Əlavə olaraq qeyd edək ki, vaxtdan səmərəli istifadə edərək deputat gənclərlə birlikdə Sumqayıt şəhərini gəzib yaxından tanış olub. Sonda aksiya iştirakçıları ilə bir yerdə oxuduqları kitabları təhlil edərək xatirə şəkli çəkdiriblər. Gələcəyimiz gənclərə əmanətdir. Onların inkişafına töhfə vermək hər birimizin borcudur.