İran-Rusiyaya marşrutu ilə nə daşınır? – Xəzərdə ciddi hərəkətlilik (FOTO)

İran-Rusiyaya marşrutu ilə nə daşınır? – Xəzərdə ciddi hərəkətlilik (FOTO) Rusiya İranla gəmi daşımalarını əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə Ukraynanın “texty” saytı məlumat yayıb.

Bildirilir ki, 2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər Rusiya Xəzər dənizində İranla gəmi daşımalarını əhəmiyyətli dərəcədə artırıb. Peyk görüntüləri Həştərxan istiqamətində, eləcə də İranın iki ən böyük limanında gəmilərin sayının artdığını göstərir.
Eyni zamanda qeyd edilir, Azərbaycan və Türkmənistan limanlarında gəmiçilik artmayıb.

“Trafikdə nəzərəçarpacaq artım 2022-ci ilin sentyabr-oktyabr aylarında qeydə alınıb. Məhz 2022-ci ilin oktyabr ayından Rusiya Federasiyası Ukrayna ərazilərini İran pilotsuz təyyarələri ilə aktiv şəkildə atəşə tutmağa başlayıb.

İran Rusiya Federasiyasına təkcə pilotsuz təyyarələri deyil, digər döyüş sursatlarını da verir, çünki yalnız dronların daşınması nəqliyyatın hərəkətinə bu qədər güclü təsir göstərə bilməzdi”, - məlumatda bildirilir.

İran-Rusiyaya marşrutu ilə nə daşınır? – Xəzərdə ciddi hərəkətlilik (FOTO)İran-Rusiyaya marşrutu ilə nə daşınır? – Xəzərdə ciddi hərəkətlilik (FOTO)

Oxşar xəbərlər