Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Səudiyyə Ərəbistanını əhatə edən Körfəz səfəri çərçivəsində Ciddədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih ilə də görüşüb.
Səudiyyəli nazir özəl sektora olan investisiyaları yüksək qiymətləndirib. O, 2030-cu il üçün 3,3 trilyon dollarlıq investisiya hədəflərinin olduğunu qeyd edib.
“Həm Səudiyyə Ərəbistanında, həm də Türkiyədə özəl sektorun varlığına böyük əhəmiyyət veririk. İnvestisiyaların şaxələndirilməsini istəyirik”, - Falih qeyd edib.