İyulun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Şahvələdli kəndində keçirdiyi səyyar qəbulunda rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev giriş nitqində deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu Prezident cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə diqqətə çatdırılan rəqəmlər də təsdiqləyir. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ötən altı ayda da ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilmiş, qeyri-neft sektoru böyümüş, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri geniş vüsət almış, iqtisadi və sosial sahələrdə nəzərdə tutulan hədəflərə nail olunmuşdur. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. İlin birinci yarısının sosial-iqtisadi yekunları bir daha təsdiqləyir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 2023-cü ili böyük uğurlarla başa vuracaq, bütün sahələrdə ölkəmizin imkanları daha da artacaqdır”.
Əhəd Abıyev çıxışında ötən dövrlərdə Daşkəsən rayonunun ərazisində aparılmış quruculuq, abadlıq işlərindən və qarşıda duran vəzifələrdən də söz açıb.
Sonra icra başçısı Əhədə Abıyev sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. Yerli icra strukturlarının fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Şahvələdli kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini