DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QUŞÇU QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QUŞÇU QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB Aprelin 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Quşçu qəsəbəsində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev giriş nitqində deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət müasir Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin etmişdir. Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin siyasi-iqtisadi müstəqilliyi yolunda həyata keçirdiyi çox mühüm siyasi-diplomatik görüşlər və tədbirlər, qəbul etdiyi strateji proqramlar nəticəsində Azərbaycan xalqının ildən-ilə rifahının yüksəlməsinə, sülhə, sabitliyə, əmin-amanlığa, demək olar ki, hər cür şərait yaradılıb.

Möhtərəm Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılmaq barədə verdiyi tapşırıqlar Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı rayonumuzun bütün sahələrində görülən işlərdə öz əksini tapmışdır”.

İcra başçısı qeyd edib ki, ötən dövrlərdə Quşçu qəsəbəsinə gələn avtomobil yolu asfaltlanmış, ərazidə olan uşaq bağçası əsaslı təmir edilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə Quşçu qəsəbə tam orta məktəbinin yeni müasir modul tipli binası inşa olunmuş, yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik-işıq təchizatı yenidən qurulmuş, sakinlərin məşğulluğu üçün işlər görülmüşdür.

Sonra Əhəd Abıyev vətəndaşların müraciətlərini dinləyib və yerli icra strukturlarının səlahiyyət dairəsinə aid olan məsələləri yerində həll edib. Qaldırılan digər məsələləri isə qeydiyyata aldıraraq icrası ilə bağlı müvafiq nazirliklər tərəfindən tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qəbulda iştirak edən Quşçu qəsəbə sakinləri göstərilən diqqət və qayğıya, ərazidə görülən bütün işlərə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər