Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq

Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti,
Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov
və Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının Prezidenti Pevrul Kavlak


2023-cü il 7 mart tarixində Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Yusifov Bəkir Aslan oğlu Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının X Qurultayda Federasiyanın vitse-prezidenti vəzifəsində seçildi.
Qurultayda Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası və Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası arasında imzalanmış sazişə əsasən, təlim seminarları proqramının 2023-cü ildə davam etdirilməsi qərara alındı.
Hər iki tərəfin razılığı ilə 12-16 iyun 2023-cü il tarixlərində Ankara şəhərində Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının «Bazar iqtisadiyyatı şəraitində həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda seminarları Federasiyasının tədris mərkəzində keçirilmişdir. Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifovun rəhbərliyi altında Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası seminara 15 (on beş) nəfərlik nümayəndə heyəti göndərib.

Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq

Seminarı giriş sözü ilə Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının Baş katibi Murat Salar və Baş katibinin müavini Turajon Raupov açdılar, sonra Federasiyanın Prezidenti Pevrul Kavlakın seminarların uğurla keçməsi arzuları ilə təbrik məktubu oxundu. Mühazirələr “Türk Metal” Sendikasının və Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının mütəxəssislər tərəfindən aparılıb. Seminar çərçivəsində iştirakçılar “TürkTraktor” zavoda ekskursiyaya dəvət olunub və həmkarlar ittifaqı komitəsinın sədri ilə görüşü keçirilib.
Seminarın sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunub.
Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq


İyun ayının 21-də Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidentı, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov qayıdan seminar iştirakçıları ilə Federasiyada görüş keçirdi. Görüşdə Bəkir Yusifov bu layihənin beynəlxalq əlaqələrin inkişafındakı rolu yüksək qiymətləndirdi və məhsuldar işin nəticələrini ümumiləşdirdi.
Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov məlumat verdi ki, gələcəkdə bu layihələr davam etdiriləcək və Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyaya daxil olan həmkarlar ittifaqı üzvləri və fəalları bu tədbirlərdə mütləq iştirak edəcəklər.

Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov seminar iştirakçıları ilə görüşü


Oxşar xəbərlər