İran mediasından SENSASİON məqalə: “Ermənistan Qarabağdan əlini üzür...”

İran mediasından SENSASİON məqalə: “Ermənistan Qarabağdan əlini üzür...” İranın “irdiplomacy.ir” saytında “Ermənistan Qarabağdan əlini üzür: bundan sonra nə olacaq?” başlıqlı yazı dərc edilib.

Musavat.com xəbər verir ki, məqalədə bir çox mətləblərə toxunulub. “Qarabağı hansı aqibət gözləyir? Çətin ki, İrəvanda danışılan etnik təmizləmə və ya partizan müharibəsi Bakını qorxuda bilsin”, - məqalədə bildirilir.

Qeyd edilir ki, Ermənistanla Rusiya arasında ən vacib müzakirə mövzusu Qarabağ məsələsi olduğundan, Moskva ilə münasibətlərə də yenidən baxılmalıdır. Ermənilərin bir çoxu üçün Kreml ehtiyac anında onlardan üz döndərən etibarsız müttəfiqdir:

“Məsələnin dönüş nöqtəsi Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişədə baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, Ermənistan ərazi ambisiyalarını Sovet İttifaqının sərhədləri ilə məhdudlaşdırmaq şərti ilə sülhə nail olacaq. Başqa sözlə, dəfələrlə uğrunda Azərbaycanla vuruşduğu Qarabağ bölgəsindən imtina etməlidir. Bu sözlərdən bir neçə gün sonra Azərbaycan Ermənistanla qondarma “dqr” arasında “həyat yolu” deyilən Laçın dəhlizində nəzarət postu yaradıb...”

Oxşar xəbərlər