Paşinyan hakimiyyətinin böyük dövlətlərin geopolitik maraqları üzərindən faydalanmaq niyyətinə düşməsi reallıq hissinin itirilməsi anlamına gəlir, iki düşmən nəhəngə eyni vaxtda xidmət göstərmək modelinin axtarılması da tamamilə məntiqsizdir... İndi rəsmi İrəvan ABŞ və Qərblə Rusiya arasında prinsipial seçim edib, onlardan yalnız birinin təlimatlarını yerinə yetirməli olacaq, bu haldasa, qarşı tərəfin qəzəbini, cəza mexanizmlərini öz üzərində cəmləşdirməsi qaçılmazdır...
Cənubi Qafqaz uğrunda mübarizə sərtləşdikcə region ölkələrinin gələcək perspektivləri də aydınlaşdırmağa doğru yönəlir. Xüsusilə də, Azərbaycan-Ermənistan münaqişəsi bu prosesdə önəmli faktor olaraq, qalmaqdadır. Və bu baxımdan, geopolitik qarşıdurmanın da əsasən məhz bu faktor üzərində indeksləşdiyi qətiyyən şübhə doğurmur.
Ancaq son vaxtlar baş verən hadisələr onu göstərir ki, rəsmi İrəvan məqsədyönlü şəkildə qəlizləşdirməyə çalışdığı geopolitik situasiyadan istədiyini ala bilmir. Əksinə, zaman keçdikcə, daha sərfəli geopolitik situasiyanın yarana biləcəyinə ümid bəsləyən Paşinyan hakimiyyəti bunun tərsi ilə üzləşir. Və indi Ermənistan bir müddət əvvəl yararlana biləcəyi önəmli şansları da bir-birinin ardınca əlindən qaçırır.
Məsələ ondadır ki, rəsmi İrəvan sülh prosesini uzatmaqla, "Qarabağ mövzusu"nu beynəlxalq məkana daşıya biləcəyinə ümid bəsləyirdi. Ancaq indi məlum olur ki, beynəlxalq məkanda "erməni faktoru"nu özü üçün fundamental yükə çevirməyə həvəs göstərənlər yoxdur. Hətta Ermənistanın əsas beynəlxalq himayədarı olan Rusiyada belə, Ermənistanı "qulpsuz çamadan" hesab edirlər. Onilliklər boyu onu davamlı olaraq, daşımaqdan beziblər. Və rəsmi İrəvanın ardıcıl xəyanətləri bu "qulpsuz çamadan"ın yükünü daha da ağırlaşdırıb.
ABŞ siyasi dairələrində də Ermənistanın gələcək taleyi xüsusi əhəmiyyət daşıyan mövzu sayılmır. Ağ Evin strateji hədəfləri var və "erməni faktoru" istifadə materialları sırasından kənara çıxmır. Son vaxtlar ABŞ-ın Cənubi Qafqaz ilə bağlı strateji planlarının daha çox Azərbaycanın üzərində indekləşməyə başlamasının ilkin əlamətləri də bu reallığı möhkəmləndirir.
Avropa Birliyini də Ermənistanın mövcudluğu və ya təhlükəsizliyi demək olar ki, düşündürmür. Bu qurum üçün iqtisadi-ticari tərəfdaşlıq daha ön plandadır. Avropa ölkələri üçün Cənubi Qafqazın geoiqtisadi perspektivləri xüsusi cəlbedici faktordur. Və bu faktorun isə Ermənistana heç bir aidiyyatı yoxdur. Sadəcə, Avropa və Asiya qitələrini birləşdirəcək Zəngəzur dəhlizi Qərbin Ermənistana yerləşmək niyyətlərini stimullaşdırır. Yəni, bu məkanda ABŞ və Avropa Birliyi, Zəngəzur dəhlizinə nəzarətin Qərbin əlinə keçmə perspektivinə müqavimət göstərməyə çalışan Rusiya-İran cütlüyünə qarşı məcburi müttəfiqdir.
Ona görə də, hesab etmək olar ki, Cənubi Qafqaz uğrunda mübarizənin təməlində iki əsas ziddiyyət amili dayanır. Bunlardan birincisi, Rusiyanın regiondan tamamilə sıxışdırılıb, çıxarılmasına yönəlik geopolitik hədəfdir. İkinci amil isə regionda geoiqtisadi perspektivlərə yönəlik Zəngəzur dəhlizinə nəzarət hədəfidir. Və bu iki hədəf uğrunda sərt qarşıdurma əslində, bir-birini tamamlayır.
Məsələ ondadır ki, bu iki hədəf bir-birinin davamıdır və yalnız paralel şəkildə reallaşdırıla bilər. Yəni, ABŞ və Qərb bu hədəflərdən birinə nail ola bilməzsə, digəri də əlçatmaz xarakter daşıyar. Bu baxımdan, ABŞ və Avropa Birliyinin Ermənistandan Rusiya-İran cütlüyünə münasibətdə mövqeyini dəqiqləşdirməyi tələb etməsi tamamilə başadüşüləndir. Çünki Qərb siyasi dairələri üçün Ermənistanın Rusiya-İran tandemindən uzaq durması olduqca vacibdir və bu, ABŞ-Avropa Birliyi ortaqlığını hədəflərinə yaxınlaşdıra bilər.
Ancaq rəsmi İrəvan məhz bu önəmli faktorlar arasında təhlükəli oyunlara daha çox həvəs göstərir. Paşinyan hakimiyyəti Cənubi Qafqazda maraqları kəskin şəkildə toqquşan bu iki tərəfin qarşıdurmasından faydalana biləcəyinə olan ümidlərini hələ tam itirməyib. Üstəlik, bu iki qarşıdurma tərəfini eyni vaxtda Azərbaycana qarşı yönəldə biləcəyini düşünür. Və Ermənistan üçün ən böyük təhlükə də məhz bu məqamla bağlıdır.
Məsələ ondadır ki, böyük dövlətlərlə geopolitik oyunlar qurub, onlardan faydalanmaq mümkün deyil. Ermənistan kimi kiçik ölkənin belə bir niyyətə düşməsi yumşaq desək, reallıq hissinin itirilməsi anlamına gəlir. Digər tərəfdən, iki düşmən nəhəngə eyni vaxtda xidmət göstərmək modelinin axtarılması da tamamilə məntiqsizdir. Hər halda, rəsmi İrəvanın hər iki tərəfdən gələn təlimatları yerinə yetirməsi sadəcə, mümkün deyil. Yəni, hansısa mərhələdə seçim etmək, yalnız onlardan birinin təlimatını icra etməyə məcburdur. Bu haldasa, qarşı tərəfin qəzəbini, cəza mexanizmini öz üzərində cəmləşdirməsi qaçılmazdır.
Əslində, rəsmi İrəvan artıq bu taleyüklü mərhələyə keçid edib. İndi Paşinyan hakimiyyətinin atdığı və atacağı hər bir addımın bumerang effekti mütləq olacaq. Yəni, rəsmi İrəvan tərəflərdən birinin təlimatlarını yerinə yetirərkən, ilk zərbəyə birbaşa Ermənistan tuş gələ bilər. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti son vaxtlara qədər nəhəng dövlətlərin Ermənistan üzərində cəmləşdirməyə çalışdığı təhlükəli ziddiyyətlərinin real təsirini hiss etməyə çox yaxındır.
Ona görə də, indi Ermənistan üçün Ukrayna savaşı da taleyüklü xarakter daşımağa başlayıb. Çünki Paşinyan hakimiyyətinin prinsipial seçim etməsi üçün Ukrayna savaşının necə nəticələnə biləcəyindən də böyük ölçüdə əmin olması vacibdir. Əgər, Rusiyanın yaxın gələcəkdə məğlubiyyəti reallığa çevrilməzsə, rəsmi İrəvanın son vaxtlara qədər Kremlə münasibətdə tutduğu xəyanətkar mövqe Ermənistan üçün təhlükəli nəticələr doğura bilər.
Bunun əksinə, Rusiyanın məğlubiyyəti qaçılmaz xarakter daşıyırsa, onda Paşinyan hakimiyyəti tələsmək və Qərbin istəklərini daha effektiv şəkildə yerinə yetirmək məcburiyyətindədir. Halbuki, hələlik Ukrayna savaşının yekun nəticələri barədə birmənalı ehtimal irəli sürmək mümkün deyil. Və bu baxımdan, Paşinyan hakimiyyətinin prinsipial seçim qərarı vermək üçün tərəddüd etdiyi qətiyyən şübhə doğurmur.
Ancaq nəhənglər rəsmi İrəvanın tərəddüdlərini anlayışla qarşılamaq niyyətindən çox-çox uzaqdırlar. Onlar eyni vaxtda Paşinyan hakimiyyətinin dərhal qərar verməsini istəyirlər. Yəni, Ermənistan üçün çarpaz cəza mexanizmləri işə düşmək üzrədir.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan tez-tələsik seçim etmək məcburiyyətində qalıb. Bəzi ehtimallara görə, tezliklə edilməsi qaçılmaz olan seçim ABŞ və Qərbin xeyrinə olarsa, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizini mütləq təhvil verməli olacaq. Buna paralel olaraq, Rusiyadan uzaqlaşmaq üçün konkret addımlar da atmaq məcburiyyətində qala biləcəyindən Kremlin cavab reaksiyasına da hazırlaşmalı olacaq. Və Ermənistanın bu təhlükədən qorunmaq şansı hazırda olduqca ciddi şübhələr doğurur.(musavat.com)