Paşinyan: "Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik"

Paşinyan: "Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımızın Qarabağ məsələsində həqiqəti bilməməyimizə xidmət etdi - bu, çox vacib bir işdir. Siyasi müzakirəyə başlamaq istəmirəm, amma elə bir model var ki, ekspertlər səviyyəsində Qarabağ məsələsindən yalnız bir neçə nəfər xəbərdardır. Bu (yuxarıda deyilənlərin) açıq-aydın dəlilidir”.

Əlavə edib ki, bu onun üzləşməli olduğu ən böyük problemdir: “Bu səbəbdən indi biz demokratiyada Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik, məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”.

Oxşar xəbərlər