
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı və bu yolda ciddi naliyyətlər əldə etdi. İstər dövlət, istər mədəni, istər ordu, istərsə də digər sahələrdə atılan addımlar qısa nüddətdə əldə edilən böyük uğurlar idi.
Bəli həyatın xoşbəxtliyini bir kərə dadan xalq 90-cı illərdə yaranan mürəkkəb siyasi vəziyyətdə, müstəqilliyin tək seçim olduğunu bir daha təstiq etdi. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyimiz bərpa olundu. Bu gün Azərbaycan müstəqil, demokratik, suveren ölkə kimi dünyada tanınır. Bu yolda canından keçən, bu amal üçün qurbanlar verən hər bir insanımızın ruhu önündə baş əyirik. Əldə etdiyimiz müstəqilliyimizin əbədi olması üçün hər birimiz çalışmalıyıq, unutmamalıyıq ki, parlayan həqiqətin işığını əbədi etmək bizim əlimizdədir.
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Ulu öndər Heydər Əliyevə məxsus olan bu fikir isə tamamilə böyük həqiqəti əks etdirir. Belə ki, müstəqilliyimizi əldə etdikdən keçən ilk illərdə baş verən hadisələr ölkənin suverenliyi üçün ciddi təhlükə yaratmışdı, bir çox qüvvələr hakimiyyət sevdasına düşərək xalqın maraqlarını unutmuşdu. Məhz belə bir zamanda hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev bu müstəqilliyin əsil memarına, sonradan isə əsas qoruyucusuna çevrildi. Hakimiyyəti dönəmində Azərbaycan Respublikasını dünyaya tanıtmaq onun hüquqlarının tanınması istiqamətində əlindən gələni edən Ulu Öndər müstəqil Respublikanın qorunması vəzifəsini özündən sonra cənab prezident İlham Əliyevə vəsiyyət etmişdir. Mən cənab İlham Əliyevə özüm kimi inanıram deyən Ulu Öndər Heydər Əliyev yanılmamışdı. Hakimiyyəti dönəmində cənab prezident İlham Əliyev də Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə sadiq qalmış, bu yolda böyük naliyyətlərə imza atmışdır. 2020-ci ildə qazanılan qələbə isə dövlətçiliymizinən ən böyük uğurudur.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Hər bir Azərbaycan vətəndaşı əbədi, dönməz, sarsılmaz müstəqilliyimizin qorunması istiqamətində əlindən gələni hər zaman etməlidir. Yaşasın güclü, müstəqil Azərbaycan!.
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin
tarix müəllimi Xəyalə Əsgərli