
Ölkə.Az hadisə yerindən xəbər verir ki, hazırda mərhum ilahiyyatçı ilə vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinin qarşısında izdiham yaradıb.
İnsanlar növbə ilə məscidə daxil olur.
***
Din xadimi Hacı Şahin Həsənlinin dəfn mərasimi 16:00-da Yasamal qəbiristanlığında (“Qurd qapısı”) keçiriləcək.
Bu barədə Məşədi Dadaş məscidindən bildirilib.