DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB

DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB Fevralın 24-də Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.

Yağan qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.



Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB

Oxşar xəbərlər