Natiq Talıbov: Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini, həm kədərini bir yerdə paylaşır və hər zaman bir yerdədir

Natiq Talıbov: Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini, həm kədərini bir yerdə paylaşır və hər zaman bir yerdədir Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov - Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı ümumilikdə 41 mini keçib. Türkiyədə baş vermis zəlzələ qurbanlarının və dağıntılarının sayı Osmanlı tarixindən sonra ən ölümcül təbii fəlakətə çevirir ki, bu da 1999-cu ildə 17 min insanın ölümünə səbəb olan əvvəlki zəlzələ fəlakətindən iki dəfə çoxdur.

Son günlər sağ qalanları tapmaq şansı azalsa da, axtarış xilasedənlərin eləcə də zəlzələ nəticəsində doğmalarını itirmiş insanların ümidləri kəsilmir. Belə ki, son xilasetmə əməliyyatı nəticəsində axtarışların 260-cı saatında Antakyanın mərkəzində 14 yaşlı Osman adlı yeniyetmə güclü səylərdən sonra yaşadığı binanın xarabalıqları altından çıxarılıb.

Natiq Talıbov: Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini, həm kədərini bir yerdə paylaşır və hər zaman bir yerdədir


Hər iki ölkənin bir çox şəhər və kəndlərində xilasedicilər hələ də sağ qalanlara kömək etməyə çalışırlar, lakin hər keçən saat onların şaxtalı soyuqda, dağıntılar altında sağ qalmaq şanslarını daha da azaldır. Buna görə də Türkiyənin bəzi bölgələrində əməliyyatlar dayandırıb. Bu gün dünyanın hər bir tərəfindən Türkiyəyə yardımlar göndərilir, müxtəlif ölkələrin xilasediciləri 10 gündən artıqdır ki, axtarış işlərini davam etdirirlər. Yardımlara təkcə ölkələr deyil eləcə də sadə vətəndaşlar da qoşulur. Son günlərdə zərər çəkənlərə yardım üçün Türkiyə vətəndaşlarından mediada ianə müraciəti üçün böyük bir kampaniya başladılmış və TRT-nin məlumatına görə, 115 milyard türk lirəsindən çox, yəni 6 milyard avroya yaxın vəsait toplanılmışdır.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Guterres cümə axşamı günü viran qalmış iki ölkəyə qarşıdakı üç ayda kömək etmək üçün bir milyard dollar toplamaq üçün beynəlxalq yardım çağırışı başlatmışdır. O, beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinin törətdiyi qurbanlara kömək üçün insanları yardıma çağırmış və Türkiyə hər zaman dünyada ən çox qaçqına ev sahibliyi etməsini eləcə də hədsiz səxavət göstərməsini qeyd etmişdir. Eyni zamanda, dünyanın ikinci ən böyük polad qrupu olan ArcelorMittal, Sərhədsiz Həkimlər və Fəlakətlər Təcili Yardım Komitəsi humanitar təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zərər çəkmiş insanlara kömək etmək üçün 5 milyon dollar ianə etdiyini açıqlamışdır.

Fevralın 6-sı qardaş Türkiyədə baş vermis zəlzələ bütün Azərbaycanı da sarsıtmış, soydaşlarımız zəlzələ baş verdiyi andan Türkiyədəki qardaşlarımıza hər vasitə ilə dəstək vermək üçün əllərindən gələni etməyə tələsmişlər. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış və bildirmişdir ki,: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Eyni zamanda dövlət başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Eyni zamanda, zəlzələ baş verdiyi gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölkəmizin çox sarsıldığını və ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını eləcə də, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulamışdır. Faciənin ikinci günündə Azərbaycan Prezidenti Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olmuş və baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermis və çıxış etmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da zəlzələ ilə əlaqədar dərin kədər hissi keçirdiyi və faciə nəticəsində həlak olanlara rəhmət onların doğmalarına və yaxınlarına isə dərin hüznlə başsağlığı vermis, uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləmişdi.

Ümumillikdə, zəlzələ baş verdiyi saatdan Azərbaycan hər zaman olduğu kimi, qardaş Türkiyənin yanında olmuş, öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirmiş və sona qədər də edəcəkdir. Azərbaycan xalqı təkcə dövlət qurumları çərçivəsində deyil istər ictimai təşkilatlar istərsə də özəl sector və sadə vətəndaşlar tərəfindən yardım kompaniyasına qoşulmuş və əllərindən gələn heç bir şeyi əsirgəməmişlər. Zəlzələ baş verdiyi vaxtdan iki gün ərzində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. 9 fevral tarixində Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına yola düşüb. Eyni zamanda faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib.

Baş vermiş zəlzələ bir daha göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini, həm kədərini bir yerdə paylaşır və hər zaman bir yerdədir.

Oxşar xəbərlər