Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü rədd etməklə yanaşı, Qarabağdakı separatçılara dəstəyini gücləndirməkdən çəkinmir. Eyni zamanda, açıq şəkildə həmnin separatçıların hansısa “hərəkata başlama gününü”nü təbrik etməkdən də qalmır.
JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağdakı separat hərəkatıın başlamasının 35 illiyini “təbrik” erib. Belə ki, o, müraciət yayaraq, 1988-ci il fevralın 20-də başlayan separatçılıq hərəkatını “Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq” kimi təqdim edib. “Hərəkat dövlətçiliyimizin bərpası yolunda atılan ilk addım idi ki, bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik. Qarabağ hərəkatı Qarabağ xalqının öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etməli idi”.
Paşinyan daha sonra iddia edib ki, 35 ildən sonra da Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir. O, hazırkı vəziyyətdə Qarabağda yaşayan ermənilərin guya, “mühasirədə” olduğunu bildirib. “Bu gün də mühasirədə olan soydaşlarımız öz hüquqlarını və təhlükəsizliyini qorumaq üçün öz iradələrini ifadə etməyə məcburdurlar. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanın bu hərəkətlərinin bir məqsədi var: Qarabağ xalqının öz vətənində yaşamaq iradəsini qırmaq. Amma əminəm ki, bu, sarsılmazdır”.
Ermənistanın baş naziri hazırda Laçın dəhlizi və ermənilərin humanitar problemlərini həll etmək üçün beynəlxalq təşkilatlarla ciddi şəkildə işlədiklərini də dilə gətirib. O deyib ki, yalnız həmin təşkilatlar vasitəsi ilə yolun açılmasına nail olmaq mümkündür. “Eyni zamanda, biz Qarabağ ermənilərinin sosial-iqtisadi problemlərinin həllinə, təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, onların hüquq və təhlükəsizliyinin qorunması mexanizmlərinin formalaşdırılmasına yönəlmiş ardıcıl addımlarımızı davam etdirəcəyik. Bu məqsədlərin həyata keçirilməsi fasiləsiz çalışma tələb edir və biz bu işdə əzmkar olmalıyıq”.
Paşinyan sonda müraciətində Qarabağ ermənilərinə “ Artsax vətəndaşları” deyə xitab edib. Daha sonra qeyd edib ki, “dinc, təhlükəsiz yaşamaq, quruculuq naminə möhkəm və sarsılmaz olun”. “Yeni qlobal və regional çağırışlarla üzləşərək, bu yolda bizi gözləyən fəsadları və problemləri anladığımız qədər, səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik. Ümumiyyətlə, dinc, ləyaqətli və təhlükəsiz həyat Qarabağ hərəkatının əsas məqsədi olub və biz bu məqsədə doğru irəliləməliyik”.
P.S. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu açıqlaması birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımamaları və tanımaq niyyətində olmamalarını, sülh sazişinin sadəcə, beynəlxalq təşkilatların gözünə kül üfürmək üçün ortaya atmalarının təzahürüdür. Bu müraciətdən də aydın görünür ki, Ermənistan hakimiyyəti məğlub olmasına rəğmən, geri addım atmaq, Azərbaycanla sülh sazişi bağlamaq fikrində deyil. Onların hədəfi prosesi uzadaraq, bununla da Qarabağdakı separatçıların güclənməsinə yardım etmək, ardından isə revanş götürməkdir.