Rövşən müəllim: Qardaşlığın möhtəşəm nümunəsi

Rövşən müəllim: Qardaşlığın möhtəşəm nümunəsi Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən müəllimdir.

Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rövşən müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən müəllim - Türkiyə və Azərbaycan arasında tarix boyu sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımız istər xoş günlərdə, istərsə də çətin zamanlarda mənəvi birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. 2020-ci ildə Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda ədalətli Vətən müharibəsinə başladığı ilk saatlarda Türkiyə öz qəti mövqeyini bildirdi və Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün sonra Türkiyə və Azərbaycan ölkəmizin tarixi Qələbəsini birgə qeyd etdilər. Xalqlarımız sevinclərini paylaşdılar. Bu gün isə Azərbaycan Türkiyəli qardaşlarının kədərini paylaşır.

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qardaş ölkədə olduğu kimi, Azərbaycanda da xalqın sonsuz kədər və sarsıntısına səbəb oldu. Azərbaycan Türkiyəli bacı və qardaşlarının üzləşdiyi fəlakəti özünün faciəsi kimi qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə edərək yazmışdır: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Rövşən müəllim: Qardaşlığın möhtəşəm nümunəsi


Artıq faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar. Zəlzələ baş verdikdən sonra keçən iki gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb.

Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin birbaşa nəzarəti altında həyata keçirilən Türkiyəyə yardım kampaniyasının ən fəal iştitakçılarından biri sözsüz ki, Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə göndərilən humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxil olub. Heç şübhəsiz Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən ilkin mərhələdə 36 ton humanitar yardım göndərilib. Bundan başqa yenə də Mehriban xanım Əliyevanın göstərişi əsasında və Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına start vermişdir. Eyni nzamanda da paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarının sakinləri də qardaş Türkiyəyə dəstək vermək üçün yardım aksiyasına qoşulublar. Bu gün bütün Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən qardaşlarına kömək üçün sözün əsil mənasında səfərbər olub. Bu məqsədlə yardım toplama məntəqələrinə axın edən insan izdihamı həqiqi qardaşlığın ən möhtəşəm nümunəsidir.


Rövşən müəllim: Qardaşlığın möhtəşəm nümunəsi

Oxşar xəbərlər

" alt="Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" /> Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov
  • Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar
  • “Haber Global” Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardım təyyarəsi ... “Haber Global” Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardım təyyarəsi ...
  • Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlanıb Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlanıb
  • j j
  • g g
  • d d
  • d d
  • d d
  • Şəmkir rayon polis şöbəsinin rəisi Elnur Həsənov qazilərin, şəhid ailələrin ... Şəmkir rayon polis şöbəsinin rəisi Elnur Həsənov qazilərin, şəhid ailələrin ...
  • l l
  • Süleyman Kərimov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə s ... Süleyman Kərimov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə s ...
  • Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz  ... Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz ...