Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" />

Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov

Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov
" alt="Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" /> Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Hacı Sərdar Rüstəmovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Hacı Sərdar Rüstəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hacı Sərdar Rüstəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Hacı Sərdar Rüstəmova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.
BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ


Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar da qoşulub. İlk edilən yardımlardan biri də Hacı Sərdar Rüstəmov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Hacı Sərdar Rüstəmov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Hacı Sərdar Rüstəmov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

Oxşar xəbərlər