Azərbaycanın Şərq və Qərb arasında İpək yolu coğrafiyasında yerləşməsi bizə çoxlu imkanlar yaradır

Azərbaycanın Şərq və Qərb arasında İpək yolu coğrafiyasında yerləşməsi bizə çoxlu imkanlar yaradır
2023-cü il yanvarın 17-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumun 53-cü iclasının rəsmi açılış mərasimi olub. Dünya İqtisadi Forumun builki şüarı "Parçalanmış dünyada əməkdaşlıq"dır. Prezident İlham Əliyev Davos İqtisadi forumunda iştirak edib. 17 yanvar 2023-cü il tarixində Prezident İlham Əliyev Çinin CGTN kanalına müsahibə verib.
Prezident İlham Əliyev öz müsahibəsinin başlanğıcında vurğuladı ki, Azərbaycan və Çin dost dövlətlərdi. Hər iki dövlət arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir. Prezident bildirdi ki, Çin prezindenti Si Cinpin "Bir kəmər, bir yol" Sammiti çərçivəsində İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Azərbaycan və Çin arasında əməkdaşlıq üzrə çox möhkəm bir platforma qurulub. Azərbaycan və Çin arasında 30 il davam edən siyasi əməkdaşlıq onlar arasında möhkəm dostluğu təcəssüm etdirir. Hər iki dövlət həmişə bir-birinin ərazi bütövlüyünü və süverenliyini dəstəkləyir. Prezident İlham Əliyev bildirdi ki, Çin dövləti ilə iqtisadi əlaqələri genişləndirmək məqsədilə daha çox Çin şirkətini Azərbaycanda görmək istəyirik. Azərbaycan Çin dövləti ilə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində də əlaqələr qurmağa ümid edir.İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox şirkətləri Azərbaycanda fəliyyət göstərir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycana qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdi. Lakin, artıq şaxələnmək barədə hərəkətə keçmək vaxtıdı. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisyalar bizim üçün əsas prioritet məsələlərdən biridir. Bakı yaxınlığında Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Prezident vurğuladı ki, ümid edirəm Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər. Azərbaycanın Şərq və Qərb arasında İpək yolu coğrafiyasında yerləşməsi bizə çoxlu imkanlar yaradır. "Bir kəmər, bir yol" təşəbbüsü indi çox böyük bir coğrafiyanı əhatə edir. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal qoşulmuşdu. Son 10 ildə Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etmişdi. Bu limanın yük daşıma qabiliyyəti 15 milyon tondur. İlham Əliyev bildirdi ki, bizim hədəfimiz yük daşıma qabiliyyətini 25 milyon tona qədər artırmaqdır.
Azərbaycan açıq dənizə çıxışı olmayan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilmiş ölkədi. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi Azərbaycanın neft-qaz gəlirlərindən asılılığın azalmasına gətirib çıxaracaq.Prezident İlham Əliyev bildirdi ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu artım təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə də artmışdı.
Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə etmək niyyətindədir.Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Azərbaycan yaşıl enerjini,o cümlədən dənizdə hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır.
Prezident İlham Əliyev bildirdi ki, Siyasi həyatda heç vaxt olmayıb ki,verdiyi sözlərin arxasında dayanmasın. O, bildirdi ki, heç vaxt yalan vədlər verməyib. İlham Əliyev verilən bütün sözləri yerinə yetirib. Yalan vədlərə əsaslanan seçki kampaniyaları uğur qazanmayıb. Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönlüdür.
Azərbaycan enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb. Prezident müsahibəsində qeyd etdi ki, iki il bundan qabaq Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi başa çatıb.Onun bir hissəsi dənizin altından bir hissəsi yüksək dağlıq ərazidən keçir. Cənub Qaz Dəhlizi 7 ölkəni, 10-dan çox şirkəti ,aparıcı maliyyə institutlarını, Dünya bankını, Avropa Yenidənqurma və İnkişaf bankını, Asiya İnfrastruktut və İnvestisiya bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf bankını əhatə edən çox böyük və bahalı bir layihədir. Hal-hazırda Avropada qaz çatışmazlığı var və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir.
Prezident İlham Əliyev bildirdi ki,bizim siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb və biz inanırıq ki,yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərik. O bildirdi ki, siyasət və həyat çox oxşardı. Çünki siyasət insan tərəfindən yürüdülür. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Qoşulmama hərəkatının üzv ölkələrindən biridir və artıq 4 ildir ki, Azərbayca Qoşulmama hərəkatının sədr ölkəsidi.Prezident qeyd etdi ki, hal-hazırda böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Ona görə də Qoşulmama hərəkatı bir alternativ olaraq yaradılmış, lakin sonradan potensialını itirmiş Qoşulmama hərəkatının böyük potensialı var. Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Azərbaycan pandemiya dövründə 80-də çox ölkəyə tibbi,humanitar və maliyyə dəstəyi göstərmişdi. Azərbaycan 1990-cı illərin əvvəllərində köməyə ehtiyacı var idi. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıbçılığın nə olduğunu yaxşı bildiyi üçün ehtiyacı olan ölkələrə yardım əlini uzatmışdı.
Prezident İlham Əliyev müsahibənin sonunda bildirdi ki, Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır. Çin dövlətinin qlobal iqtisadiyyata təsiri var. Çin hökuməti qlobal məsuliyyəti dərk edir.


Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova

Oxşar xəbərlər