"Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir".
Report xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndələri üçün ilin son toplantısında bildirib.
“Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir”, - XİN başçısı vurğulayıb.
Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu və Ermənistanla normallaşama prosesinin davam etdiyini bildirən Çavuşoğlu deyib ki, Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.
“Azərbaycanın torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir” deyən Çavuşoğlu Türkiyənin hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın yanında olduğunu qeyd edib.