Güney Azərbaycan Quzey Azərbaycan üçün siyasi malzəmə rolunda deyil və olmamalıdır. Əks siyasi görüş sahibləri bu məsələdən bir-birinə qarşı hansısa formada istifadə etməyə çalışmamalıdır. Necə ki Qarabağ probleminə yanaırdıq.... eləcə də Güney Azərbaycan, Qərbi Azərbaycan problemlərinə yanaşmalıyıq... Çünki SÖZ KONUSU VƏTƏNDİR...
Amma maləsəf, hazırki ab-havadan olduqca təhlükəli bir mənzərənin təəssüratı yaranır. İstəmərik ki, belə olsun, amma görünəni odur ki, belədir və maləsəf...
Nədir məsələ?
Hələ zamanında qeyd etmişdim ki, Güney Azərbaycan kimi amalları MUZDUR ekspertlərin, fəalların öhdəsinə buraxmaq olmaz. BU TROL İŞİ DEYİL... BU KÖNÜL İŞİDİR... Çünki... yenə də təkrar edirəm, SÖHBƏT VƏTƏNDƏN GEDİR...
Ona görə də rəsmilərimiz hələ də gec olmayaraq buraxdıqları yanlışlarını düzəltməlidirlər... Əks halda alayarımçıq görünən Güney Azərbaycan və Qərbi Azərbaycan təbliğatları nəhayətdə özümüzə qarşı çevrilən faktor əhəmiyyətini qazana bilər...
NƏ ETMƏLİ?
Bunu da bir daha vurğulamışdım. Təkrar etməli oluram... Rəsmi Bakı ilk əvvəl ideoloji yapılanmaya ağırlıq salmalıdır. Dünənə qədər milləti söyənlərin, Qarabağ Qazilərini incidənlərin, vətəndaşa qarşı olan bütün faktları əsaslandırmağa çalışanların DİLİ İLƏ Güney Azərbaycan və Qərbi Azərbaycan kimi müqəddəs amalların VƏSFİ heç bir zaman effektiv ola bilməz.
Keçmiş təhsil naziri, əslən İcevanlı olan Misir Mərdanov Qərbi Azərbaycan məsələsinə YENİ MAAŞ, DOLANIŞIQ YERİ kimi baxacaq... Bu da təbiidir. Amma ondan fərqli olaraq Boz Qurd Batalyonunun keçmiş komandiri, əsləndən İrəvanlı olan Nurəddin Xoca canını da bu yolda fəda edəcək, başını qaldırıb sədəqə tələb etmədən... Çünki zamanında özünü və canını bu ideyaların yolunda qurban vermiş, qurban verməyə hazır olmuş BÖYÜK İDEOLOJİ SƏRMAYƏ əhəmiyyətində yetərincə güvənilir sərmayəmiz var...
Dövlət əgər nəticə hasil etmək istədiyi ünvana etibarlı yatırımı etmirsə, o zaman ciddi hesab oluna bilməz. Ona görə də, cənablar, icazə verin ya sizdən, sizin səmimiyyətinizdən şübhələnək, ya da gördüyünüz işin öz adını daşımadığına əmin olaq...
ELƏ DEYİLSƏ, BİZLƏRİ İNANDIRIN...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru