Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda Azərbaycanın Qarabağ ərazisində erməni birləşmələrinə qarşı yeni hərbi əməliyyatların keçirilməsi zərurəti və hədəfləri, postmüharibə dövrünün yeni reallığı kontekstində nəzərdə tutulan sülh və birgəyaşayış perspektivləri, Qarabağ ətrafında və regionda yaranan geosiyasi vəziyyətin ictimai rəydə qiymətləndirilməsi məqsədilə əhali arasında rəy sorğusu keçirib.
STM-dən verilən məlumata görə, sorğunun sahə işi 5 dekabr – 11 dekabr 2022-ci il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.
Qarabağda yeni hərbi əməliyyatlar gözləntisi ictimai rəydə
44 günlük müharibədə qazanılan misilsiz qələbədən sonra Azərbaycan regionda sülhün, qarşılıqlı əlaqələrin və inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edib. Cari il münaqişədən sonrakı mərhələnin yeni reallıqları fonunda Azərbaycan və Ermənistan arasında münasibətlərin yaradılması və normallaşdırılması üçün Ermənistana təqdim olunan baza prinsiplər ətrafında görüş və müzakirələr ilə xarakterizə olunub. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın dövlət sərhədində atəşkəs rejimini pozması, eləcə də Qarabağda qanunsuz silahlı birləşmələri saxlaması yeni hərbi əməliyyatların başlanması mövzusunu gündəmə gətirib. Bu istiqamətdə ictimai rəyi öyrənmək məqsədilə respondentlərə “Sizcə, Azərbaycan Qarabağda erməni silahlı qruplaşmalarına qarşı yeni hərbi əməliyyatlara başlamalıdırmı?” sualı ünvanlanıb. Respondentlərin 48,0 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəklədiyini bildirib. Həmçinin 39,6 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəkləmədiyini ifadə edib. Respondentlərin 12,4 faizi bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda hərbi əməliyyatların keçirilməsini dəstəkləyənlər 80,5 faiz təşkil edib. Analoji mövqe sentyabr ayında keçirilən rəy sorğusunda 70,1 faizə bərabər olub. Dekabr ayı üzrə cari nəticələrdə bu mövqedə olanlar 48,0 faiz təşkil edib.
Yeni hərbi əməliyyatların başlanmasını dəstəklədiyini bildirənlərə “Hərbi əməliyyatlar hansı hədəfə çatana kimi davam etdirilməlidir?” sualı ünvanlanıb və onlara bir neçə cavab variantı seçmək imkanı verilib. Sorğunun nəticələrinə əsasən, respondentlərin mühüm hissəsi, yəni 54,6 faizi hərbi əməliyyatların Xankəndi və ətraf ərazilər üzərində nəzarət tam təmin olunana kimi, 44,9 faizi Zəngəzur dəhlizi açılana kimi, 39,0 faizi sülh müqaviləsi imzalanana kimi davam etdirilməli olduğunu bildirib. Respondentlərin 29,4 faizinə görə, hərbi əməliyyatlar sərhədlər birgə razılaşdırılana kimi, 32,6 faizinə görə, erməni təxribatlarının qarşısı alınana kimi davam etdirilməlidir. Bu suala respondentlərin 12,3 faiz cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə hərbi əməliyyatların Xankəndi və digər ərazilər üzərində nəzarət tam təmin olunana kimi (40.4 faiz) və Zəngəzur dəhlizi açılana kimi davam etdirilməsi (28.5 faiz) fikri ilə çıxış edənlərin sayı artıb. Hərbi əməliyyatların sülh müqaviləsi imzalanana kimi (36.3 faiz), sərhədlər birgə razılaşdırılana kimi (24.8 faiz) və erməni təxribatlarının qarşısı alınana kimi davam etməsi fikri (20 faiz) ilə çıxış edənlərin sayında isə nisbi azalma müşahidə olunub.