Avropa Birliyi Rusiya neftinə dəyər limiti tətbiq etməklə, Kremlə qarşı fəlakət ssenarisini işə salmış oldu... İndi həm Avropa, həm də Asiya enerji bazarında “qiymət labirinti”nə salınan Rusiyanın Azərbaycan və Türkiyənin dəstəyinə böyük ehtiyacı var...
Rusiyanın beynəlxalq məkanda sıxışdırılması ilə bağlı proses davam edir. Hazırda Kreml demək olar ki, siyasi-diplomatik cəhətdən təcrid olunmuş vəziyyətə düşmüş kimi görünür. Halbuki, bu prosesin daha da intensivləşdirilərək, əhatə dairəsinin genişləndirilməsinə yönəlik də məqsədyönlü addımlar atılmaqdadır.
Məsələ ondadır ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların gücləndirilməsinə cəhdlər göstərilir. Son məlumatlara görə, Rusiya sanksiyaların təsirini artıq hiss etməyə başlayıb. Hər halda, Rusiya bankları beynəlxalq maliyyə şəbəkələrindən kənarlaşdırılıb. Və bu Rusiyanın maliyyə-iqtisadi sisteminə sarsıdıcı zərbələr vurmaqdadır.
Digər tərəfdən, dünyanın bir çox nəhəng şirkətləri Rusiya iqtisadi məkanını tərk edib. Nəticədə maliyyə-iqtisadi dövriyyənin məhdudlaşması ilə yanaşı, Rusiyada əlavə “işsizlər ordusu” yaranmağa başlayıb. Çünki Rusiyanı tərk edən Qərb şirkətlərindən boşalan yerlərin qısa müddətdə doldurulması demək olar ki, mümkün deyil. Və bu, Rusiyanın gələcək taleyi üçün olduqca ciddi təhlükə vəd edir.
Ancaq Kremlin sanksiyalarla bağlı problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Rusiya müəssisələri Qərb ölkələri ilə ticari əlaqələrin kəsilməsi ucbatından ölkə üçün böyük əhəmiyyət daşıyan strateji məhsulların istehsalında ciddi problemlər yaşayır. Hətta Rusiya iqtisadiyyatının bəzi sahələrində istehsal dayanmaq həddinə çatıb. Və Kreml bu problemlərin həlli üçün alternativ idxal qaynaqları tapmaqda da çətinlik çəkir.
Nəhayət, Avropa Birliyi ölkələrinin Rusiyadan təbii qaz idxalını dayandırması Kremli ümumiyyətlə, “maliyyə-iqtisadi labirintə” salıb. Hər halda, təbii qaz ixracından əldə olunan maliyyə gəlirlərinin Rusiya büdcəsində xüsusi, həm də əhəmiyyətli paya malik olduğu qətiyyən sirr deyil. Hər iki “Şimal axını” icrac boru kəmərlərinin sıradan çıxarılmasından sonra bu sahədə vəziyyət daha da qəlizləşib.
Maraqlıdır ki, mövcud situasiya Rusiyanı tədricən Türkiyədən asılı vəziyyətə salmağa başlayıb. Çünki indi Rusiya təbii qazı yalnız “Türk axını” marşrutu ilə Türkiyə üzərindən mümkündür. Və rəsmi Ankara Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşularaq, “Türk axını” boru kəmərini də qapadarsa, Kreml çıxılmaz vəziyyətə düşə bilər.
Hər halda, Rusiya Avropa bazarından çıxarılmış təbii qazın bütün həcmini Asiya ölkələrinə ixrac etmək imkanından uzaqdır. Üstəlik, Avropa bazarına təbii qaz ixracından məhrum qalan Rusiya Asiya ölkələrinin də qiymətlərdə ciddi güzəşt tələbləri ilə də üzləşməkdədir. Və bu, Rusiya üçün nəhəng enerji gəlirlərinin itirilməsi anlamına gəlir.
Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiya qərarı isə Kremlin tamamilə “əl-qolunun bağlanmasına”, sözün əsl mənasında, küncə sıxışdırılmasına hesablanıb. Belə ki, Avropa Birliyi Rusiyanın daha bir neçə nəhəng bankına qarşı sanksiya tətbiq edib. Ancaq Kreml üçün əsas maliyyə-iqtisadi zərbə təhlükəsini məhz Rusiya neftinə qarşı yeni sanksiyalar hesab olunur.
Məsələ ondadır ki, Avropa Birliyi Rusiya neftinin idxalından tam imtina etmək niyyətində deyil. Əksinə, Rusiya neftinin alışına dəyər limiti tətbiq olunmağa başlayıb. Yəni, bundan sonra Avropa Birliyi ölkələri Rusiya neftini 60 dollardan baha təklif olunacağı təqdirdə, idxal etməyəcəklər. Bu isə Rusiyanın neft gəlirlərinin də minimuma endirilməsi deməkdir.
Son məlumatlara görə, Avropa Birliyinin bu qərarı artıq öz real təsirini göstərməyə başlayıb. Belə ki, müxtəlif limanlarda Rusiya neftini daşıyan tankerlərin yığıldığı bildirilir. Həmin tankerlərin sahiblərindən sığorta sənədləri tələb olunur. Halbuki beynəlxalq sığorta şirkətlərinə Rusiya neftini daşıyan tankerlərin sığorta edilməsi qadağan olunub. Və bu qadağaları pozan sığorta şirkətləri də sanksiyalara məruz qala bilərlər.
Göründüyü kimi, Rusiya üçün o qədər də ümidverici vəziyyət deyil. İndi Kreml Rusiya neftinə alternativ bazarlar axtarmaq məcburiyyətindədir. Ona görə də, Rusiya neft ixracı üçün Avropa Birliyinin sanksiyaları keçərli olmayan Asiya ölkələrinə üz tutmaq məcburiyyətində qalıb. Halbuki Asiya ölkələrinin maliyyə-iqtisadi maraqları da Rusiya üçün əlverişli xarakter daşımır.
Məsələ ondadır ki, Asiya ölkələri Rusiya neftini Avropa bazarları üçün tətbiq olunan dəyər limitindən baha qiymətə almağa qətiyyən həvəsli deyillər. Asiya ölkələri Kremldən Rusiya neftini 60 dollardan belə, ucuz qiymətə ala biləcəklərini vurğulayırlar. Əsas iqtisadi arqumentlər ondan ibarətdir ki, Rusiya onsuz da öz neftini Avropa məkanında 60 dollardan baha sata bilməz.
Üstəlik, Rusiya bu məsələdə daha bir önəmli səhvə yol verib. Belə ki, Kreml Avropa Birliyinin dəyər limitinə qoşulan ölkələrə neft satmayacağını əvvəlcədən bəyan edib. Belə vəziyyətdəsə, Rusiyanın nefti sata bilməyəcəyindən əmin olan Asiya ölkələri daha ucuz qiymətlərdə israr edirlər.
Düzdür, Kreml bu səhvini düzəltmək üçün müəyyən addımlar atmağa çalışır. Belə ki, Kreml neft ixrac edən Rusiya şirkətlərinə “qara qızılı” real bazar dəyərindən aşağı qiymətlərə satmağı qadağan edib. İndi Rusiyanın neft şirkətləri Kremlin bu qadağasını bəhanə edərək, Asiya ölkələrinə dünya bazarlarındakı qiymətlərlə məhsul sata biləcəklərinə ümidlidirlər.
Ancaq Kremlin bu manevrinin işə yarayacağı qətiyyən inandırıcı deyil. Belə ki, Asiya ölkələri Avropa bazarlarında dəyər limiti tətbiq olunmuş Rusiya neftini dünya qiymətləri ilə alacaq qədər sadəlövh deyillər. Əks arqumentsə, ondan ibarətdir ki, əgər, Rusiya öz neftini Avropada 60 dollardan baha sata bilərsə, o zaman Asiya ölkələri də dünya qiymətləri ilə razılaşa bilərlər. Əks halda, Asiya ölkələri üçün qiymətlər Avropa Birliyinin limitindən də aşağı olması qaçılmazdır.
Təbii ki, belə vəziyyətdə Rusiya üçün Azərbaycan və Türkiyənin əhəmiyyəti daha da artmış olur. Belə ki, hazırda Rusiya təbii qazının Avropaya ixracını təmin etməyə çalışan Türkiyə öz ərazində enerji xabı yaratmaq niyyətindədir. Və bu prosesin “Türk axını” üzərindən reallaşdırmaq mümkündür.
Rusiya neftinə gəldikdəsə, bu məsələdə vəziyyət nisbətən daha qəlizdir. Çünki Rusiya öz neftini Avropa bazarına qaytarmaq üçün “qara qızılı” Qazaxıstana və yaxıd Azərbaycana sərfəli qiymətə satmalıdır. Yalnız bundan sonra Rusiya nefti Qazaxıstan və Azərbaycan məhsulu kimi, məhz BTC üzərindən Avropa bazarlarına qaytarıla bilər. Və bu prosesdə əsas tranzit ölkələrdən biri olaraq, Türkiyənin də rolu əvəzedilməzdir.
Ancaq Azərbaycan, Türkiyə və Qazaxıstanın dünya məkanında mövcud situasiyanı, ortaya çıxa biləcək riskləri nəzərə almadan belə bir addıma razılaşmaq niyyətində deyillər. Ona görə də, Kreml istənilən halda, Rusiya neftini 60 dollardan daha ucuz qiymətə satmaq məcburiyyətindədir. Və bu, Rusiyanın neft gəlirlərini ciddi şəkildə azaltsa belə, Kremlə ixrac həcmini qoruyub, saxlamaq imkanı verə bilər.
Təbii ki, Rusiya neftini daşıyan tankerlər sığorta problemi ilə üzləşdiyindən, indi Kreml üçün BTC ilə əsas ixrac alternativi sayıla bilər. Yəni, Rusiya bu məsələdə Azərbaycan və Türkiyədən ciddi şəkildə asılı vəziyyətə düşmək üzrədir. Belə asılılıq isə öz növbəsində müəyyən sahələrdə, xüsusilə də, hərbi-siyasi istiqamətdə də ciddi güzəştlər tələb edir. Əks halda, Azərbaycan və Türkiyə Rusiyaya neft ixracını tənzimləmək imkanı yaratmaz.(Yeni Müsavat)