“Məqsədimiz sadədir. Biz sərhədlərin ən qısa zamanda delimitasiyasını istəyirik. İstəyirik ki, sülh sazişi ən qısa zamanda hər iki tərəf arasında razılaşdırılsın”.
Bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter keçirdiyi brifinqdə deyib.
“Bununla da bölgəyə sülh və sabitlik qayıtsın, bu bölgədə yaşayan bütün insanların insan hüquqlarına və təhlükəsizliyinə hörmət edilsin. Bizim məqsədimiz Cənubi Qafqaz tarixində yeni bir səhifə aça bilməkdir”, - o qeyd edib.
Amerikalı diplomat daha sonra qeyd edib: “Aydındır ki, bu son nəticəyə çatmaq üçün müəyyən vaxt lazımdır, lakin biz bu nəticəni dəstəkləmək üçün əlimizdən gələni etməyə sadiqik”.