Səudiyyə Ərəbistanının təkzibi nefti bahalaşdırdı

Səudiyyə Ərəbistanının təkzibi nefti bahalaşdırdı Səudiyyə Ərəbistanının Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və müttəfiqləri ilə neft tədarükünün artırılmasını müzakirə etdiyinə dair mətbuatda yayılan xəbəri təkzib etməsindən sonra neft qiymətləri bir qədər yüksəldi.

"Brent" markalı neft fyuçersləri 0,17 dollar və ya 0,2% artaraq 87,62 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin yanvar fyuçerslərinin qiyməti isə çərşənbə axşamı 0,07 dollar və ya 0,1% artaraq 80,11 dollar/barelə çatıb.

"Wall Street Journal" (WSJ) dekabrın 4-də keçiriləcək OPEC+ iclasında gündəlik 500 min barelə qədər artımın nəzərdən keçiriləcəyini bildirdikdən sonra hər iki göstərici əvvəlki sessiyada bir barel üçün 5 dollardan çox ucuzlaşmışdı.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanın krallığın hasilatın azaldılmasına sadiq qaldığını və potensial neft hasilatının artırılmasını OPEC-in digər neft istehsalçıları ilə müzakirə etmədiyini deməsindən sonra qiymətlər yüksəlişə keçdi.

Oxşar xəbərlər