Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov - Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.
Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
Beləliklə, artıq iki ildir ki, azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.
Azərbaycanın rəşadətli Ordusu İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanaraq düşmənin işğalçılıq siyasətinə son qoydu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı Qələbə tariximizdə əbədi yaşayacaq. Zəfər qəhrəman hərbiçilərimizin canı, qanı, xalqımızın həmrəyliyi sayəsində əldə olunub. Prezident İlham Əliyevin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Qələbəyə gedən yol keşməkeşli və çətin idi. Cənab Prezident diqqəti ilk növbədə Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin xalqımızı mənəvi cəhətdən sarsıtdığına çəkib. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər. Həmin ünsürlər hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlar hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. “Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. Digər bir amilə diqqət yetirək. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar dəfələrlə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da həmin dairələr, birincisi, bizi inandırmağa çalışırdılar. Təbii ki, Azərbaycan da münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Prezident İlham Əliyevin müharibəyədək olan dövrdə sülh danışıqlarında konstruktivlik göstərməsi bunu bir daha təsdiqləyir. Ancaq işğalçı Ermənistanın və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun seçdiyi taktika münaqişənin həllinə yox, keçmiş statuskvonun sonsuzluğadək uzadılmasına xidmət edirdi. Belə yanaşma Azərbaycanı qane edə bilməzdi.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyədək olan dövrdə daim sülh danışıqlarında fəal iştirak edən Azərbaycan, eyni zamanda ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Ölkəmiz qısa müddətdə müasir silahlarla, yüksək səviyyəli kadrlarla təchiz olunmuş ordu qurmağa nail oldu. Müasir ordu danışıqlar prosesində respublikamızın özünəinam hissini artıran əsas amil qismində çıxış edirdi. Ordu quruculuğu üçün isə ilk növbədə iqtisadiyyatı gücləndirmək lazım idi. Prezident İlham Əliyevin müasir çağırışları və ölkənin iqtisadi potensialını nəzərə almaqla həyata keçirdiyi yeni nəsil islahatlar sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu. Bu gün respublikamız öz hesabıma yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur, heç kimdən asılı deyil. Özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. “İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir”, - deyə Prezident İlham Əliyev bildirib.
Hazırda isə işğaldan azad edilmiş ərazilərmizdə bərpa-quruculuq işləri aparılır. Həmin ərazilər tezliklə əsl cənnət-məkana, ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək!